Ölkənin cənub rayonlarından olan Cəlilabadda yazıb-yaradan tanınmış şair Əlirza Həsrət doğma rayonuna şeir yazıb.
Mecra.az şairin “Memarına maşallah” adlı şeirini təqdim edir
Gözəlliyi başqadır hər cığırın, hər yolun,
Şirinləşən dillərə dadı çıxıbdır balın.
Cəlilabad deyəndə pərvazlanıb əl çalın,
Deyək,qurub-yaradan memarına maşallah!
Tanrı ərməğanıdır bizə bu şöhrət, ad-san,
Xalqı məhəbbət ilə xoşbəxt eləmək asan.
O qabarlı əlləri öpüb, bağrına basan,
– Bizim Böyük rəhbərin vüqarına maşallah! …
Badəni Mişarçaydan doldur sonam, ver içək,
Arzular könlümüzdə bəzənib çiçək-çiçək.
Dən tutan sünbülləri kim görüb belə göyçək,
Torpağımın müqəddəs bol barına maşallah!

































