Cümə axşamı, Yanvar 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Ədəbiyyat

"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

01 Yanvar, 26 / 14:28
A A
"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

Bu gün tanınmış şair Gülbala Teymurun doğum günüdür.  Gülbala Teymur 1955-ci ilin yanvarın 1-də Cəlilabad rayonunun Babaxanlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnsititutunu “Avtomobil yollarının tikintisi və istismarı” ixtisası üzrə əyani olaraq bitirmişdir. 1979-cu ildən bu günə kimi ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır.  Son olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəliyində tikinti mühəndisi vəzifəsində işləyib. Ailəlidir, 6 övladı (2 oğlu, 4 qızı) var.

Gülbala Teymur bununla yanaşı həm də Cəlilabad diyarının tanınmış şairlərindən sayılır. O, 2001-ci ildən AYB-nin üzvüdür. 1970-ci ildən şeir yazır, şerləri yerli və ölkə mətbuatda çap olunur. Qələmə aldığı şerləri daha çox “Azərbaycan” və “Ulduz” jurnallarında, həmçinin, “Ədəbiyyat” qəzetində müntəzəm çap olunur. Onun şerlərinə yazılan bəzi mahnılar doğma diyarımızın dəyərli sənətçilərindən sayılan Əflatun Qubadov tərəfindən ifa edilir. İndiyədək onun aşağıda təqdim edilən 4 şeir kitabı işıq üzü görmüşdür:1. “Dünya mənim deyilmiş”, 1999,  “Yanmaq ruhun harayıdır”, 2004,  “Məni bu sevgidən qoru, Allahım!” 2011. “Ömür bundan sonrakıdı” 2019.

Qeyd etmək lazımdır ki, 2004-cü ildə ümummilli lider H.Əliyevə həsr etdiyi “Qoruya bilmədik” şeirinə görə “H.Əliyev adına beynəlxalq xeyriyyə fondunun mükafatı”na layiq görülmüş, 2013-cü ildə isə ədəbiyyat üzrə Prezident təqaüdü almışdır. Hal-hazırda Cəlilabad şəhərində yaşayır.

Mecra.az şairin şeir və qəzəllərini təqdim edir:

Hər adamın iki əli,

Kağızda bir qolu olur.

İki evin bir küçəsi,

Hər evin öz yolu olur.

 

İldırım tək çaxıb gedir,

Sağa, sola baxıb gedir.

Çay ortadan axıb gedir,

Sağı olur, solu olur.

 

Əyri yollar tərsinədir,

Düz yol yollardan kəsədir.

Ürək, bomboş bir kisədir,

Eşq olanda dolu olur.

 

***

Axtar kitabları, şeirlər oxu,

Fərqi tap astarla üz arasında.

Orda görəcəksən illərdir gedir,

Döyüş əyri ilə düz arasında.

 

Sərvət də hədərdi, var da hədərdi,

Sözü olmayanın yoxdur heç dərdi.

Allah yaradanlar yola gedərdi,

Burun durmasaydı göz arasında.

 

Ürəklər həmişə söz ilə dolmur,

Hər dərman hər dərdin çarəsi olmur.

Mərdlərə kömək ol, Gülbala Teymur,

Namərd söz tapacaq söz arasında.

 

***

Bu dünyada hər şey borcdu,

Aldın, qaytarasan gərək.

Günəş tək oyanıbsansa,

Günəş tək batasan gərək.

 

Dərdi dosta gəyişəsən,

Zəri zərlə dəyişəsən.

Vuruşasan, döyüşəsən,

Arzuna çatasan gərək.

 

Gün gödəldi, göy saraldı,

Biçdiklərin düzdə qaldı.

Gördün ki, bəxtin qaraldı,

Uzanıb “yatasan” gərək.

 

***

Ağır yükdü şöhrət, ad-san,

Gərək onu qazanasan.

Yüz ürəkdən düşmək asan,

Bir ürəkdə qalmaq çətin.

 

Gözləyəsən gəlməsini,

Seçib səni sevməsini.

“Mən də sevdim” kəlməsini

Hər baxışdan almaq çətin.

 

Ya Rəbb!- deyib sevmək olar,

Tanrı yolun görmək olar.

Namaz, namaz demək olar,

Gündə beş yol qılmaq çətin.

 

***

Ey könül, əqlini sərdən aparan ol gülü-rəna kimdir?

Qoy deyim ki, o da maildi sənə, lütf elə, hərdən dindir.

 

Çox yaxınlaşma, yaxıb-yandıracaqdır, düşəcəksən dərdə,

Sevdiyin, çarmıxa çəkdi məsihi, qaili həmin dindir.

 

Qulağı kar, gözü kor, dildə qüsur var tutulduğun dərddə,

Şah oğlu şah olasan, kim ki, sevir, eşq yolunda saildir.

 

Yuxu almış səni ağuşinə, yat-yat, nə qədər sərməstsən,

Sevib-sevilməyin özü əndişəli, sonu kəm aindir.

 

Məhəbbət əhli həmişə, necə şair deyib ki, rüsvadı,

Qail ol , Gülbala Teymur, bu sənin etirafi- şeirindir.

 

***

Düşmənləri qovduq, açılıbdır yenidən dil Qarabağda,

Cəh-cəh vurur, həmd olsun, İlahı, yenə bülbül Qarabağda.

 

Xoşdur vətən övladına öz yurdunu, öz xalqını sevmək,

İldən ilə növraqlı gəlir, al geyinir il Qarabağda.

 

Dünyada hünərvər kimi ad qoydu bizim ali komandan,

Ondandı ki,qalib kimi, məğrur yaşayır el Qarabağda.

 

Qan ilə suvardı bu vətən torpağını ölməz oğullar,

Bu həqdi ki, al çöhrəli, qıpqırmızıdı gül Qarabağda.

 

Şair, bu vətən torpağına, göstər hünər, yaxşı şeir yaz,

İllərlə axan göz yaşını, Gülbala, gəl, sil Qarabağda.

ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Bir başqa sevdim səni - SEVGİ ŞEİRLƏRİ
Əvvəlki yazı

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Növbəti yazı

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

XƏBƏR LENTİ

Gələn ildən pensiya yaşı artırılır

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yanvar 1, 2026
"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

Yanvar 1, 2026
Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Yanvar 1, 2026
Yanvarda hava necə olacaq?

Yağış, qar... - Sabahın havası

Yanvar 1, 2026
Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi – VİDEO

İlham Əliyev onları təbrik etdi

Yanvar 1, 2026
İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

Yanvar 1, 2026
Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Yanvar 1, 2026
Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Yanvar 1, 2026
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Yanvar 1, 2026
"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

Yanvar 1, 2026
"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

Yanvar 1, 2026
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

Prezident xalqa müraciət etdi - VİDEO

Yanvar 1, 2026
Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Dekabr 31, 2025
"At ili" nələr vəd edir?

"At ili" nələr vəd edir?

Dekabr 31, 2025
Bəzi yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabr 31, 2025
DYP-dən sürücülərə - Xəbərdarlıq+VİDEO

DYP küləkli hava ilə bağlı sürücülərə çağırış etdi

Dekabr 31, 2025
Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Dekabr 31, 2025
Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Dekabr 31, 2025
Qar yağacaq - Sabahın havası

Təzə ilin ilk günü hava necə olacaq? - Proqnoz

Dekabr 31, 2025
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım - FOTO

Meriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım etdi - FOTO

Dekabr 31, 2025
Beş günlük bayram tətili başladı

Beş günlük bayram tətili başladı

Dekabr 31, 2025
Həmrəylik Günüdür

Həmrəylik Günüdür

Dekabr 31, 2025
“Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”

Prezidentdən bayram paylaşımı - FOTO

Dekabr 30, 2025
Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Dekabr 30, 2025
Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Dekabr 30, 2025
İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

Dekabr 30, 2025
Keçmiş icra başçısı azadlığa buraxıldı

Keçmiş icra başçısı azadlığa buraxıldı

Dekabr 30, 2025
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

İlham Əliyev ona "Şərəf" ordeni verdi

Dekabr 30, 2025
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident Fərman imzaladı - Yeni qurum yaradıldı

Dekabr 30, 2025
İlham Əliyev onları təltif etdi - Siyahı

İlham Əliyev onu təltif etdi - FOTO

Dekabr 30, 2025
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.