Cümə axşamı, Yanvar 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

Azərbaycanın praqmatik siyasəti Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın strateji inteqrasiyasını sürətləndirir

17 Noyabr, 25 / 22:55
A A
Azərbaycanın praqmatik siyasəti Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın strateji inteqrasiyasını sürətləndirir

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm regional, həm də qlobal miqyasda baş verən geosiyasi proseslər ölkələrin daha sıx əməkdaşlığını təşviq edir. Azərbaycanın bu sahədə atdığı addımlar,  dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə birgə təmaslar, imzalanan çoxsaylı sənədlər də bunun bariz nümunəsidir. Azərbaycanın bütün dünya ölkələri ilə olduğu kimi, Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə də siyasi, iqtisadi, diplomatik münasibətləri ildən-ilə daha da möhkəmlənir. Bu dövlətlər içərisində dil, soy-kök, mədəniyyət olaraq bizə doğma olan Özbəkistanla münasibətlərin özünəməxsus yeri var. İki qardaş ölkə arasında son illər genişlənən əməkdaşlıq, müttəfiqlik, strateji tərəfdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına, birgə layihələrin artmasına əlverişli şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə iki ölkə arasında mövcud olan əlaqələrin mahiyyətini, tərəfdaşlıq gündəliyinin əsas istiqamətlərini və gələcək strateji perspektivləri dolğun şəkildə əks etdirir. Müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə qazandığı yüksək dinamizmi və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xəttinin davamlı şəkildə dərinləşdiyini nümayiş etdirir. Hazırda Azərbaycan və Özbəkistan təkcə regional tərəfdaş deyil, həm də siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə bir-birini tam dəstəkləyən, ortaq maraqlar əsasında sıx əməkdaşlıq edən müttəfiq dövlətlərdir. Xüsusilə Mərkəzi Asiya Dövlət Rəhbərlərinin Daşkənddə keçirilən Məşvərət Görüşü ərəfəsində bu müsahibənin verilməsi əlaqələrin strateji səviyyəsinin göstəricisidir. Müsahibənin mühüm məqamlardan biri Azərbaycanla Özbəkistan arasında qurulan müttəfiqlik münasibətləri ilə bağlıdır. Bu əməkdaşlığın təməlində ortaq mədəni dəyərlər, mənəvi əlaqələr, dil və etnik yaxınlıq dayanır. Lakin bu münasibətləri daha da gücləndirən əsas amillərdən biri iki dövlət başçısı arasında formalaşmış şəxsi etimad və səmimi dostluqdır. Son illər ərzində qarşılıqlı çoxsaylı dövlət səfərləri artan dinamika ilə inkişaf edən münasibətlərin real yüksəlişindən xəbər verir. Həm Bakıda, həm də Daşkənddə imzalanan sənədlər – Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri gələcək əməkdaşlıq üçün yol xəritəsini müəyyən edir. Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə ikitərəfli əlaqələr çərçivəsini aşaraq daha geniş regional əməkdaşlıq modelinin mühüm dayağına çevrilib. Bu müttəfiqlik həm Türk Dövlətləri Təşkilatı daxilində, həm də Mərkəzi Asiya və Xəzər regionunda birliyə, inteqrasiyaya və sabitliyə yeni təkan verir. Prezident İlham Əliyevin Özbəkistana qarşıdakı səfəri ilə bağlı ifadə etdiyi fikirlər isə dost ölkənin dinamik inkişafına verilən yüksək dəyərin və sarsılmaz həmrəyliyin növbəti təsdiqidir. Hər iki ölkədə həyata keçirilən islahatlar, müasirləşmə və modernləşmə prosesləri regionda yeni inkişaf modelinin formalaşdığına işarə edir.

 

Süpay Məmmədov,

      Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Əvvəlki yazı

Ortaq tarixə və dəyərlərə söykənən müttəfiqlik

Növbəti yazı

Yasamalda 15 yaşlı şəxs qətlə yetirildi – Saxlanılanın da 14 yaşı var

XƏBƏR LENTİ

Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Yanvar 1, 2026
Gələn ildən pensiya yaşı artırılır

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yanvar 1, 2026
"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

Yanvar 1, 2026
Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Yanvar 1, 2026
Yanvarda hava necə olacaq?

Yağış, qar... - Sabahın havası

Yanvar 1, 2026
Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi – VİDEO

İlham Əliyev onları təbrik etdi

Yanvar 1, 2026
İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

Yanvar 1, 2026
Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Yanvar 1, 2026
Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Yanvar 1, 2026
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Yanvar 1, 2026
"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

Yanvar 1, 2026
"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

Yanvar 1, 2026
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

Prezident xalqa müraciət etdi - VİDEO

Yanvar 1, 2026
Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Dekabr 31, 2025
"At ili" nələr vəd edir?

"At ili" nələr vəd edir?

Dekabr 31, 2025
Bəzi yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabr 31, 2025
DYP-dən sürücülərə - Xəbərdarlıq+VİDEO

DYP küləkli hava ilə bağlı sürücülərə çağırış etdi

Dekabr 31, 2025
Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Dekabr 31, 2025
Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Dekabr 31, 2025
Qar yağacaq - Sabahın havası

Təzə ilin ilk günü hava necə olacaq? - Proqnoz

Dekabr 31, 2025
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım - FOTO

Meriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım etdi - FOTO

Dekabr 31, 2025
Beş günlük bayram tətili başladı

Beş günlük bayram tətili başladı

Dekabr 31, 2025
Həmrəylik Günüdür

Həmrəylik Günüdür

Dekabr 31, 2025
“Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”

Prezidentdən bayram paylaşımı - FOTO

Dekabr 30, 2025
Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Dekabr 30, 2025
Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Dekabr 30, 2025
İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

Dekabr 30, 2025
Keçmiş icra başçısı azadlığa buraxıldı

Keçmiş icra başçısı azadlığa buraxıldı

Dekabr 30, 2025
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

İlham Əliyev ona "Şərəf" ordeni verdi

Dekabr 30, 2025
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident Fərman imzaladı - Yeni qurum yaradıldı

Dekabr 30, 2025
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.