Hər bir ölkə, eləcə də xalq üçün sağlamlıq ən əsas vəzifə hesab edilir. Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir. Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir.
Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Yola saldığımız 2025-ci ilin son günlərində – dekabrın 26-da keçirilən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarla görüşüb. Ənənəvi hal alan bu görüş ölkəmizdə idmana olan diqqət və qayğını bir daha sübut edir. Ölkə başçısının çıxışında Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi məsələsi xüsusi qeyd edilib və bu çox önəmli hadisə kimi qiymətləndirilib. Bu, eyni zamanda son illərdə ölkəmizdə idmanla bağlı görülən işlərə verilən qiymətdir.
Vurğulamaq lazımdır ki, dövlət başçısı hər zaman idmana və idmançılara yüksək qayğı göstərib. Bu il də Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssisləri mükafatlandırıldılar. Cənab Prezident Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə bir sıra şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim etdi, həmçinin ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə isə bəzi idmançılar “Tərəqqi” medalları ilə təltif olundular. Dövlət başçısı, həmçinin 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə isə yeni mənzillərin orderlərini təqdim etdi. Son 22 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı





























