“Bu gün Azərbaycan neft məhsullari daşıyan sterin çənlərli qatarlar Ermənistana daxil oldu. Azərbaycanın neft məhsulları göndərməsi və tranzit yüklərin daşınması üzrə məhdudiyyətləri aradan qaldırılması sülh prosesin tərkib hissəsidir”.
Mecra.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Nikol Paşinyan Azərbaycan neft məhsullarını daşıyan qatarın Ermənistana daxil olmasını paylaşaraq sülhün olduğunu mesajını verdi. Artıq Azərbaycanla-Ermənistan arasında dayanıqlı sülhə ehtiyac var. Demək olar ki, sərhədlərin delimitasiya və demarkasiyası da problemsiz baş tutacaq. Anklav kəndlərlə bağlı məsələlər prinsipcə həllini tapacaq. Ermənistanla Azərbaycan arasında səmərəli və nəticəyönümlü dialoq qurulub. Baş verən proseslər Ermənistanda seçkilər öncəsi Paşinyanın mövqeyini gücləndirir”, – deyə o, bildirib.
Uğur ƏLİHÜSEYN





























