“Deyib ki, bir yer var ora gedib gəlirəm…”-Rəşad Dağlının atası danışdı+VİDEO

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Qaradağ rayonu ərazisində qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən meyxanaçı Rəşad Dağlının atası Vaqif Əmirov baş vermiş hadisə barədə ilk dəfə danışıb.

“Qafqazinfo” xəbər verir ki, V.Əmirov AstarTV-yə açıqlamasında qətldən bir neçə gün əvvəl Rəşad Dağlının olduğu Lökbatandakı məclisdə İskəndər Mehdiyevin də iştirak etdiyini deyib: “Orada narkotiklərin yayılmasına qarşı meyxana deyilib və Rəşadla İsgəndər arasında mübahisə olub. Videodan da görünür ki, həmin mübahisədə digər oğlum Ağa araya girib tərəfləri ayırır. O vaxtdan aralarında münaqişə başlayıb”.

Rəşad Dağlının atası əlavə edib ki, həmin münaqişədən sonra İskəndər oğluna dəfələrlə zəng edib: “Hadisə baş verən gün də Rəşad Ağa ilə toydan evə gəlib. Sonra ona zəng gəlib və evdən çıxıb. Bu zaman Ağa soruşub hara gedirsən, deyib “bir yer var ora gedib gəlirəm”. Bundan sonra xəbər gəldi ki, İskəndəri öldürüb. Ağadan dəfələrlə soruşdum ki, nə baş verib. Axırı dedi ki, dəfələrlə Rəşada zəng edib təhrik edirmiş, ana-bacı söyüşü işlədirmiş. Nəhayət, Rəşad əsəbiləşib deyib, gəlirəm gedək görüşək, “razborka”mızı edək”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt