Gəncədə ailə faciəsi olub.
Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 40 yaşlı Hüsniyyə Quliyevanın xəsarət alması barədə məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 57 yaşlı Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, S. Cəlilov hadisə zamanı H. Quliyevanın gözlərinə də bıçaq zərbəsi vurub. Məlumata görə, hadisə onların övladlarının yanında olub. H. Quliyevanın gözünün amputasiya ediləcəyi bildirilir.