Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi xidməti barədə məlumat
“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsinin və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi 19 xidmət Elektron Reyestr (dxr.az) informasiya sisteminə daxil edilmiş və təsdiqlənmişdir. Həmin xidmətlər Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (pirallahi-ih.gov.az – dövlət xidmətləri bölməsi) və məlumat lövhəsində yerləşdirilmiş, rəsmi internet səhifəsində xidmət ilə bağlı məlumatın Dövlət Xidmətlərinin Elektron Reyestrindən keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/xidmetler.html) təmin edilmişdir.
Həmin xidmətlərdən qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi xidmətinin həyata keçirilməsi üçün inzibati prosedurlar və digər məlumatlar təqdim olunur.
| Xidmətin adı: | Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi |
| Xidmətin məzmunu: | · Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi |
| Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı: | İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası |
| Xidmətin hüquqi əsası: | Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36-cı maddəsi. |
| Xidmətin həyata keçirilmə formaları: | Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim edilməsi |
| Xidmətin həyata keçirilməsinin nəticəsi: | Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy |
| Xidmətin həyata keçirilməsi müddəti: | 15 təqvim günü |
| Dövlət rüsumu, Xidmət haqqı: | Xidmət ödənişsizdir. |
| Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları: | Tələb olunan sənədlər tam təqdim edilmədikdə və qəyyumluqda və ya himayədə olan şəxsin maraqlarına zidd olduqda |
| Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması: | Qəyyumluqda və ya himayədə olanın əmlakının sənədlərinin surəti
Qəyyum və ya himayədə olanın şəxsiyyət vəsiqəsinin surəti Qəyyum və ya himayədə olanın doğum haqqında şəhadətnaməsinin surəti Qəyyum və ya himayəçinin qəyyum və ya himayəçi təyin olunmasını təsdiq edən sənədin surəti Qəyyum və ya himayəçinin şəxsiyyət vəsiqəsinin surəti Ərizə |
| Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar: | Qeyri-Elektron İnzibati prosedurlar : Xidmət istifadəçisi xidmətlə bağlı tələb olunan sənədlərlə birlikdə ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edir. Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası müraciəti araşdırır və araşdırmanın nəticəsinə uyğun olaraq qərar qəbul edir.
Elektron İnzibati prosedurlar : Xidmət istifadəçisi “Rəqəmsal İcra Hakimiyyəti” portalı (rih.gov.az/services) üzərindən şəxsi kabinetə daxil olaraq, xidmətin həyata keçirilməsi üçün tələb olunan məlumatları qeyd edir və tələb olunan sənədləri portal üzərindən əlavə edir. Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası müraciəti araşdırır və araşdırmanın nəticəsinə uyğun olaraq qərar qəbul edir. Xidmətin nəticəsi (qərar) yerində və ya poçt vasitəsi ilə kağız üzərində, həmçinin surəti portal və ya müraciətə əsasən elektron poçt vasitəsi ilə təqdim olunur. |
Xidmətlərlə bağlı məlumatlar, o cümlədən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər barədə məlumatlar rayon İcra Hakimiyyətinin (012) 5565942 telefon nömrəsi vasitəsi ilə də əldə edilə bilər.
Həmçinin həmin xidmətlərdən elektronlaşdırılmış xidmətlər “Rəqəmsal İcra Hakimiyyəti” portalına (https://rih.gov.az/services) yerləşdirilmişdir. Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində elektronlaşdırılmış xidmətlər ilə bağlı məlumatın “Rəqəmsal İcra Hakimiyyəti” portalına keçid vasitəsilə verilməsi (http://pirallahi-ih.gov.az/az/elektron-xidmetler.html) təmin edilmişdir.





























