“Elə yazırlar ki, sanki bitdi, Rəşad yaşayacaq…”-Namiq Qaraçuxurlu

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

“Ucundan, qulağından bəzi şeylər eşitmişəm. Elə adamam ki, sözümə hörmət edirəm. Dəqiq bilmədiyim hadisə haqda danışmıram. Dünən bu hadisə hamımızı sarsıtdı”.

Məcra.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Səhərin səsi” proqramında deyib. O, ötən gün həbs olunan həmkarı Rəşad Dağlı haqda danışıb:

“Dünən dostumun oğlunun ad günündə idim, özümü yaxşı hiss etmirdim. Son vaxtlar daha yaxın idik. Deyirdik, görüşək, qismət olmadı. Qarşı tərəfin yaxınlarına səbr diləyirəm. Ələkbər Yasamallıının bibisi oğlu kimi tanıyıram. Elə yazırlar ki, sanki bitdi. Rəşad yaşayacaq. Bəzi hallara pozitiv yanaşaq. Məşədi baba da zindan həyatı yaşayıb. Dünyasını dəyişəndən donra bizə qalan əsərləri oldu. Ümid edirəm ki, Rəşadın günahsız olduğu üzə çıxar, azadlığa çıxar. Ümid sonda ölür. Rəşad orada da yazacaq, sənət xiridarlarını söz baxımından ac qoymayacaq, bayrağı daim əlində saxlayacaq. Sənət adamlarını qorumaq lazımdır. Onları məişət səviyyəsinə endirmək lazım deyil: niyə bunu oxudu, niyə belə geyindi. Allah qapısını açsın”.

Qeyd edək ki, meyxanaçı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törətdikdən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Mübahisəyə səbəb İsgəndər Mehtiyevin meyxanaçıya zəng edərək söyüş söyməsi olub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt