22 dekabr 2025 – ci il tarixdə Cəlilabad şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanovun iştirakı ilə müəllimlərin sertifikatlaşdırılması zamanı yüksək nəticə göstərmiş bir qrup gənc müəllimlə görüş keçirilib.
Mecra.az xəbər verir ki, görüş zamanı tədrisin keyfiyyətinin artırılmasında fəal təlim metodlarından istifadə, həmçinin müəllim-şagird və məktəb-valideyn münasibətlərinin daha sıx və effektiv qurulması istiqamətində söhbət aparılıb. Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib. Sonda yaradıcı və inkişafyönümlü təkliflər səsləndirilərək, bu istiqamətdə görüşlərin davam etdiriləcəyi qeyd edilib.
Vasif ƏLİHÜSEYN


































