DSX-nin əsgəri özünü güllələdi – SON DƏQİQƏ

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Məcra.az-ın  sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.

PAGE TOP