Şəhidimizin anasına vəzifə verildi-FOTO

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Müşüfiq Arif oğlu Orucovun anası Aygün Məmmədli məktəb direktoru təyin edilib.

 

Bu haqda Məcra.az-a şəhidimizin atası Arif Orucov məlumat verib. Şəhidimizin atası Arif Orucov bildirib ki, həyat yoldaşı Aygün xanım Zəngilan rayon 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olub və həm də rus dili müəllimidir. Bu dəfə isə ona direktor vəzifəsi həvalə olunub. Şəhidimizin atası Arif Orucov özü də məktəbin hərbi müəllimidir.

Qeyd edək ki, Müşfiq Arif oğlu Orucov 1994-cü il sentyabrın 18-də Bakıda anadan olub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq saraylarında ofisiant işləyib. Daha sonra havalar isinəndə axşam saat 19:00-dan səhər saat 7-yə qədər dondurma sexində işləyib. Müşfiq daha sonra hərbi xidmətə yollanıb və Naftalan şəhərində xidmət etməyə başlayıb. Sonuncu dəfə 2016-cı il martın 29-da atasıyla danışıb. 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Müşfiq Hövsan qəsəbəsində “Dədə Qorqud” qəbiristanlığında böyük izdihamla dəfn edilib.

 

Ölümündən sonra şəhid Müşfiq Orucov ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt