Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.
“Qafqazinfo”nun məlumatına görə, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş.
Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.
Bakıda yol qəzasında vəfat edən Yusif Baxışovla bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı olan Y.Baxışovun öldüyü qəza Qaradağ rayonu Qobustan qəsəbəsində baş verib. Belə ki, Salyandan Qobustana toya gələn Yusif maşından düşüb və yolu keçməyə çalışıb. Bu zaman “Kamaz” markalı yük maşını onu vurub.
Bildirilir ki, hadisəni törədən sürücü də qazidir.
Qeyd edək ki, qəzada həyatını itirən Yusif hərbi xidmətini gizir kimi davam etdirirmiş.