Cümə axşamı, Yanvar 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

“Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi…”

12 Dekabr, 25 / 11:20
A A

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Ölkədə dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi  fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlarından, hədəflərindən bəhs ediriksə, bunların təməlində düşünülmüş siyasət, dövlətin, xalqın gələcəyini düşünən Lider amili dayanır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini daimi, dönməz etdi. Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Ulu Öndər Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərində yaşadığı çətinliklərdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı.  Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi. Dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günündən bu inamı ifadə etmişdir ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin  müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələr müəyyənləşdirildi və uğurla həyata keçirildi: “Ölkədə sabitliyin yaradılması  əsas vəzifə kimi qarşıda dayandı. Azərbaycan qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazandı.  Ümummilli Liderin neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyası formalaşdırıldı. Ümummilli Lider ilk gündən belə bir çağırışı etmişdir ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Azərbaycançılıq ideologiyasının inkişafı, təbliği Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə prioritet məsələ olub. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilib”.

Malik Həsənov vurğulayıb ki, ana dilimizin dövlət qayğısı ilə əhatə olunması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər  Heydər Əliyevin milli inkişaf strategiyasının əsas  tərkib hissələri idi: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. Neft gəlirlərinin səmərəli istifadəsini həyata keçirmək üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına reallığa çevrilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını təmin edir. İqtisadi müstəqilliyimiz ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir.  Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara uyğun inkişaf etdirilir. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı, faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Ümummilli Liderin uğurlu və düşünülmüş siyasəti nəticəsində artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı”.

Millət vəkili Heydər Əliyev yolunun uğurlarından geniş bəhs edərək bildirib ki,  Ümummilli Lider  xalqa 1 oktyabr 2003-cü tarixli müraciəti ilə növbəti inamın ünvanını göstərdi və  bugünkü Zəfərlərimizin əsası  oldu: “Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı idi. Sözügedən müraciətində də bu inamı ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları  cənab İlham Əliyev axıra çatdıracaq.

Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı dövr torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapmaqla yeni-yeni çağırışlara, hədəflərə yol açdı. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin, bütün Azərbaycan xalqının arzusunu reallığa çevirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəyə imza atmaqla  tarixi ədaləti bərpa etdi, torpaqlarımız işğaldan azad olundu. Qalibiyyət rəmzi olan  Azərbaycan Bayrağı    Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Tarixi Zəfərimizin, onun ardınca suverenliyimizin tam bərpasının yaratdığı reallıqları bu gün azad edilmiş Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəldilməsində, cənnət məkana çevrilməsində, Böyük Qayıdışın uğurla həyata keçirilməsində  görürük. Bu gün hər bir azərbaycanlı böyük əminliklə və qürur hissi ilə qeyd edir ki, Ümummilli Lider Heydər Əliyev adını tariximizə müstəqilliyimizin, Onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı.  Yeni dövrə qədəm qoyan Azərbaycan Zəfərlərə doğru inamla addımlayır”.

Əvvəlki yazı

DİN-in şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - FOTO

Növbəti yazı

İlham Əliyev xanımı və qızı ilə Fəxri xiyabanda - FOTOLAR

XƏBƏR LENTİ

Bu qanunlar artıq qüvvədədir - Siyahı

Bu qanunlar artıq qüvvədədir - Siyahı

Yanvar 1, 2026
Cəlilabadda Yeni il gecəsi bıçaqlanan 17 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI

Cəlilabadda Yeni il gecəsi bıçaqlanan 17 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI

Yanvar 1, 2026
Bakıda bayram günü əkizlər doğuldu - FOTO

Bakıda bayram günü əkizlər doğuldu - FOTO

Yanvar 1, 2026
Bəzi yollar buz bağlayacaq

Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq

Yanvar 1, 2026
Gələn ildən pensiya yaşı artırılır

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yanvar 1, 2026
"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

Yanvar 1, 2026
Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Yanvar 1, 2026
Yanvarda hava necə olacaq?

Yağış, qar... - Sabahın havası

Yanvar 1, 2026
Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi – VİDEO

İlham Əliyev onları təbrik etdi

Yanvar 1, 2026
İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

Yanvar 1, 2026
Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Yanvar 1, 2026
Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Yanvar 1, 2026
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Yanvar 1, 2026
"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

Yanvar 1, 2026
"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

Yanvar 1, 2026
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

Prezident xalqa müraciət etdi - VİDEO

Yanvar 1, 2026
Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Dekabr 31, 2025
"At ili" nələr vəd edir?

"At ili" nələr vəd edir?

Dekabr 31, 2025
Bəzi yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabr 31, 2025
DYP-dən sürücülərə - Xəbərdarlıq+VİDEO

DYP küləkli hava ilə bağlı sürücülərə çağırış etdi

Dekabr 31, 2025
Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Dekabr 31, 2025
Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Dekabr 31, 2025
Qar yağacaq - Sabahın havası

Təzə ilin ilk günü hava necə olacaq? - Proqnoz

Dekabr 31, 2025
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım - FOTO

Meriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım etdi - FOTO

Dekabr 31, 2025
Beş günlük bayram tətili başladı

Beş günlük bayram tətili başladı

Dekabr 31, 2025
Həmrəylik Günüdür

Həmrəylik Günüdür

Dekabr 31, 2025
“Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”

Prezidentdən bayram paylaşımı - FOTO

Dekabr 30, 2025
Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Dekabr 30, 2025
Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Dekabr 30, 2025
İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

Dekabr 30, 2025
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.