Şəhid zabitimizin atası: “Ermənilər oğlumun nəşini vermirdilər, 112 gün saxladılar…”

“Həsənağadan əvvəl və sonra iki övladım dünyaya gəlib və dünyasını dəyişib.  Ona görə Həsənağa tək idi. Biləsuvarda  bir seyid var idi, atamla onun yanına getdik. Dedim ki, övladım olub ölür. O, da bir dua yazdı, dedi ki, oğlun dünyaya gələcək və özü də Abdullazadələrin tanınmış adamlarından biri olacaq. Hamı onu tanıyacaq. Elə adını da seyid Həsənağa qoydu”

 

Bunu Məcra.az-a açıqlamasında Vətən müharibəsi şəhidi, Baş-leytenant Həsənağa Abdullazadənin atası Şakir Abdullazadə deyib. Şəhid atası üç ay övladının nəşini gözlədiklərini bildirib:

 

“Həsənağa hərbçi sənətini özü seçdi. Biz Lənkəranda yaşayırdıq və o, təhsil almağa başladığı üçün biz də Bakıya gəldik. Həsənağa dörd il Gədəbəydə və üç il isə Murovda xidmət etdi. Elə döyüşlərə də Murovdağ istiqamətində başladı. Sonra şəhid oldu. Ermənilər isə Həsənağanın nəşini vermirdilər. Onun nəşinin ermənilərin əlində olduğunu erməni saytlarında gördüm. Erməni hərbçiləri videosunu çəkib paylaşmışdılar.

Cənab Prezidentlə görüşdüm və məhz onun göstərişindən sonra Həsənağanın nəşi düşmən tərəfdən alınaraq geri qaytarıldı. Həsənağa da İkinci Fəxri Xiyabanda  dəfn edilib. Bircə təsəllim odur ki, o, məni hamıya tanıtdı. İnsanlarımız şəhid ailəsi kimi bizə çox hörmət edirlər, hər gün evimizə qonaq gəlir. Belə günlərimizi keçiririk. Adamlar gəlməsə, Allah səbr verməsə, bizə çox çətin olar.  İndi mən də, həyat yoldaşım da elə bilirik ki, Həsənağa ölməyib, o, harasa gedib, gələcək. Allah bizə bu cür səbr verir”-deyə şəhid atası bildirib.

 

Qeyd edək ki, Həsənağa Abdullazadə 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı oktyabrın 2-də Kəlbəcərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Rəşadət” ordeni ilə təltif edilib.

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

Vasif Əlihüseyn

kulisbet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortcasibom girişmatbetcasibom güncel girişcasibom güncelgrandpashabet 2198casibomextrabetistanbul escort bayanHOLİGANBETgalabetjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomÜmraniye escortcasibom yeniMaltepe escortGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişbets10 girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetcasibom girişsekabetmarsbahisgüvenilir bahis siteleribetcio girişjojobet güncel girişsahabetasyabahisasyabahiscasibom girişcasibom 715 girişsahabetKonya escortsahabet girişonwin girişsekabet girişholiganbet güncel girişjojobet girişjojobet girişjojobet girişjojobet girişmarsbahis güncel girişmarsbahis güncel girişmarsbahis güncel girişcasibom girişholiganbet girişjojobet girişkralbet güncel girişdumanbetmatbet girişextrabetimajbet girişmarsbahis girişmatbet girişcasibom girişmeritking girişmatbet girişCasibom güncel girişcasibommeritkingankara escortjackbetcasibombetpasmatadorbetgrandpashabetsahabet girişonwinsekabetonwinholiganbetjojobetMeritkingpusulabet güncel girişmatadorbet girişbetwoonbetwoonmaltcasinoGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorummatbetzbahisgrandpashabet girişcasibomonwinAlsancak Escortbetturkeymatadorbetbetturkey girişcasibomcasibombettilt girişcasibom girişCasibom girişmatadorbetimajbetbetcio girişcasibomcasibom girişcasibombetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelercasibom girişcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelericasibomkurtköy escortcasibomKonyaaltı Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltcasibomjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobet