“Sağlığında atama qardaş deyənlər də necə dəyişdisə…”-Əməkdar artistin oğlu

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

“İstədim bu mövzuya toxunmayım, amma sonra fikirləşdim ki, niyə də reallığı deməyim. Bu incəsənət aləmində kim deyirsə ki, dost var, çox yalan danışır”.

Məcra.az Axşam.az-a xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov sosial media hesabında yazıb. O, atasının mahnılarını ifa edənlərin bir dəfə də olsun onun məzarını ziyarət etmədiklərini vurğulayıb:

“2017-ci ildə nənəm rəhmətə getdi. Demək olar ki, bütün müğənnilər məclisinə gəlmişdi, çünki atam sağ idi. Amma 2021-ci ildə atam rəhmətə gedəndə çox az sayda muğənni gəldi, çünki atam yox idi. Əgər pandemiya idisə, ilinə gələrdilər. Qəbrini ziyarət edərdilər. Sağlığında atama qardaş deyənlər də necə dəyişdisə, mən onların necə rol oynadıqlarına belə məəttəl qaldım. Bəstələdiyi, ifa etdiyi mahnıları efirlərdə oxuyan müğənnilər bir dəfə olsun atamın məzarı üstə gəlmədilər”.

Qeyd edək ki, B.Əşrəfov ötən il koronavirus infeksiyasından dünyasını dəyişib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt