İranla sərhədi pozan qadınlar tutulub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, oktyabr ayının 22-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşı – 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılıblar.
Məlumata görə, araşdırma zamanı qeyd olunan şəxslərin cari ildə Türkiyə Respublikasından deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğuna görə dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçmək niyyətində olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.