Şəhidimizin beyin əməliyyatı keçirən tələbə bacısı vəfat etdi-FOTOLAR

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Azərbaycan Dövlət Aqrar Universitetinin ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.

Məcra.az  “APA”ya istinadən xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib: “Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt