“Boğazımda yaranan bədxassəli şiş bütün ümidlərimi qırdı, ümidim sizədir…”-Könül Xasıyeva kömək istədi…

XƏBƏR XƏTTİ
Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•

Xalq artisti Könül Xasıyeva boğazındakı bədxassəli şişə görə kömək istəyib.

Məcra.az xəbər verir ki, Könül Xasıyeva bu haqda İnstaqram səhifəsində paylaşım edib: “Əziz və dəyərli xalqımız, elimiz-obamız, uzaqda, yaxında yaşayan soydaşlarımız. Sənətə gəldiyim ilk gündən, hər zaman ləyaqətlə yaşamağa çalışdım. Öncə ləyaqət, sonra sənət dedim. Kimsənin qəlbini qırmadım. Var-dövlət arxasınca qaçmadım. Sadə doğuldum, sadə yaşadım. Ən əsası sizi sevərək, sevginizlə yaşadım. 22 ildir hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı. Narahat və yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bədxassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var. Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) vəsait lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız! İnanıram ki, Azərbaycan musiqisini “Gecələr”siz, Kazımı da körpə canı ilə mənsiz, tək qoymayacaqsınız. Buna o qədər inanıram ki, məni tək qoymayacaqsız”.

Xalq artisti onu da qeyd edib ki, vəsait yığılsa pulsuz konsert verəcək: “Sağ-salamat qayıtsam, Allahın izni ilə iki gün Heydər Əliyev Sarayında və daha sonra bölgələrimizdə pulsuz açıq konsertlər verəcəm. Allahın izni ilə…”. Teleqraf.com

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt