Baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 10 nəfər saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.
Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Digər xəstələrin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir.
Yaralananların siyahısı:
1) 1978-ci il təvəllüdlü Hüseynova Gülnarə Balağa qızı
2) 1976-cı il təvəllüdlü Nizamova Şəhla Əfqan qızı
3) 1970 -ci il təvəllüdlü Mirzəyeva Pəri Dilcan qızı
4) 1987-ci il təvəllüdlü Balayeva Səbinə Xanlar qızı
5) 1978-ci il təvəllüdlü Bəylərova Səhər İmamyar qızı
6) 1980-ci il təvəllüdlü Həsənova Mələk Hacrza qızı
7) 1987-ci il təvəllüdlü Zərbəliyeva Gülnar Hacrza qızı
8) 1985-ci il təvəllüdlü İsmayilova Nərmin Rasim qızı
9) 1988-ci il təvəllüdlü Cəfərova Elnurə Vahid qızı
10) 1971-ci il təvəllüdlü Məmmədova Xeyransa.
11:08
Baş Dövlət Yol Polisi İdarəsi Siyəzən rayonunda avtobusun aşması ilə bağlı açıqlama verib.
İdarənin İctimai Qurumlarla Əlaqə Şöbəsindən Oxu.Az-a bildirilib ki, bu gün 08:10 radələrində Bakı-Quba yolunun Zarat kəndi ərazisindən keçən hissəsində avtobus sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb:
“Baş verən hadisə zamanı avtobusda 18 nəfər olub. Onlardan 12 nəfərə ilkin tibbi yardım edilib. Yaralılar arasında ağır xəsarət və ölümü halı qeydə alınmayıb. Faktla bağlı araşdırma aparılır”.
09:51
Siyəzən rayonunda avtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az