Cəlilabad rayonunda baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.
Mecra.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Vüsal Cəfərov bıçaqlanma xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq o, dünyasını dəyişib.
V.Cəfərovun əvvəlcə yıxılaraq xəsarət aldığı deyilsə də, aparılan araşdırmalar nəticəsində hadisənin qəsdən törədildiyi müəyyənləşib.
Günorta saatlarında V.Cəfərovun həyat yoldaşı ilə arasında yaranan mübahisə əsnasında qadının ona bıçaqla xəsarət yetirdiyi ehtimal edilir. Kəsirə Cəfərova polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
V.Cəfərovun daş karxanasında çalışdığı bildirilir və bu gün evə gəlibmiş (Oxu.az).





























