Cəlilabad rayonunda 2024/2025-ci tədris ilində aparılmış monitorinq və buraxılış imtahanlarının, həmçinin 2025/2026-cı tədris ilinin əvvəlində keçirilmiş diaqnostik qiymətləndirmələrin nəticələrinin növbəti müzakirəsi keçirilib.
Mecra.az xəbər verir ki, 27 noyabr 2025 ci il tarixdə Cəlilabad rayonu Sərhədabad kənd tam orta ümumtəhsil məktəbində Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının, qrafik üzrə müəyyən edilmiş ümumtəhsil məktəblərinin direktor, müavin və fənn müəllimlərinin iştirakı ilə 2024/2025- ci tədris ilində ümumtəhsil məktəblərinin 4 və 6-cı siniflərində Azərbaycan Respublikası Elm vənTəhsil Nazirliyi tərəfindən aparılan monitorinqlərin və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri, həmçinin cari tədris ilində 4, 6 və 9-cu siniflər üzrə keçirilmiş diaqnostik qiymətləndirmələrin nəticələri nöbəti dəfə müqayisəli şəkildə geniş müzakirə edilib.
Görüşdə nəticələrin təhlili, mövcud problemlər, şagird nailiyyətlərinin artırılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılaraq, hesabatlar dinlənilib.
Müzakirənin əsas məqsədi əldə olunan nəticələr əsasında tədrisin keyfiyyətinin artırılması, şagirdlərin biliklərinin inkişafına yönələn fəaliyyətlərin daha da təkmilləşdirilməsidir.
Növbəti günlərdə Cəlilabad rayonu üzrə təhsil sektoru tərəfindən rayonun digər ümumtəhsil məktəblərinin fənn müəllimlərinin iştirakı ilə müzakirələr davam etdiriləcəkdir.
Vasif ƏLİHÜSEYN






























