Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Muğan kəndində bələdiyyə tərəfindən və Kazımabad kəndində icra nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən abadlıq, işıqlandırma, kənddaxili yolların təmiri və yaşıllaşdırma işləri ilə yerində tanış olub. Həmçinin Muğan kəndində şəhid Ramazan Hüseynzadənin və şəhid Bilal Hüseynovun ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Mecra.az xəbər verir ki, rayon rəhbərinə kənddaxili yol infrastrukturu üzrə aparılan təmir işlərinin gedişi, yeni quraşdırılan işıqlandırma sistemləri, həmçinin ərazilərdə həyata keçirilən yaşıllaşdırma tədbirləri barədə ətraflı məlumatlar verilib.
Rafiq Cəlilov abadlıq və infrastruktura dair layihələrin əhaliyə xidmətin keyfiyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayaraq, işlərin davamlı və yüksək səviyyədə icrasına dair müvafiq tapşırıq və tövsiyələrini verib.
Görülən işlərin kənd sakinlərinin yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət etdiyi qeyd olunub.






























