Cəlilabad rayonunda 2024/2025-ci tədris ilində aparılmış monitorinq və buraxılış imtahanlarının, həmçinin 2025/2026-cı tədris ilinin əvvəlində keçirilmiş diaqnostik qiymətləndirmələrin nəticələrinin müzakirəsi keçirilib.
Mecra.az xəbər verir ki, 25 noyabr 2025 ci il tarixdə Cəlilabad şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının, qrafik üzrə müəyyən edilmiş bir qrup ümumtəhsil məktəblərinin direktor, müavin və fənn müəllimlərinin iştirakı ilə 2024/2025- ci tədria ilində ümumtəhsil məktəblərinin 4 və 6-cı siniflərində Azərbaycan Respublikası Elm vənTəhsil Nazirliyi tərəfindən aparılan monitorinqlərin, DİM tərəfindən keçirilmiş 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri, həmçinin cari tədris ilində 4, 6 və 9-cu siniflər üzrə keçirilmiş diaqnostik qiymətləndirmələrin nəticələri müqayisəli şəkildə geniş müzakirə edilib.
Görüşdə nəticələrin təhlili, mövcud çətinliklər, şagird nailiyyətlərinin artırılması, tədris prosesində effektiv metodların tətbiqi və növbəti mərhələdə görüləcək işlər barədə fikir mübadiləsi aparılaraq, hesabatlar dinlənilib.
Müzakirənin əsas məqsədi əldə olunan nəticələr əsasında tədrisin keyfiyyətinin artırılması, şagirdlərin bilik və bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlərin daha da təkmilləşdirilməsidir.
Cəlilabad rayonu üzrə təhsil sektoru tərəfindən rayonun digər ümumtəhsil məktəblərinin fənn müəllimlərinin iştirakı ilə müzakirələr davam etdiriləcəkdir.
Vasif ƏLİHÜSEYN



































