Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov kəndlərdə aparılan abadlıq və yaşıllaşdırma işlərinə baxış keçirib.
Mecra.az xəbər verir ki, əkilmiş ağacların suvarılması və aqrotexniki qulluq tədbirlərinin icra vəziyyəti ilə maraqlanıb. Rayon rəhbəri yerindəcə aidiyyəti şəxslərə tapşırıqlar verərək, yaşıllaşdırma sahəsində görülən işlərin daha da gücləndirilməsini, yeni əkilən ağacların qorunması və vaxtında qulluq olunmasını vurğulayıb.
Həmçinin kəndlərdə ekoloji mühitin yaxşılaşdırılması məqsədilə əlavə yaşıllıq zolaqlarının salınması ilə bağlı müvafiq göstərişlər verib. Sakinlərlə söhbət zamanı Rafiq Cəlilov yaşıllaşdırma işlərinə ictimai dəstəyin vacibliyini qeyd edərək, hər bir vətəndaşın ətraf mühitin qorunmasında fəal rol oynamasının önəmini bildirib”.
Vasif ƏLİHÜSEYN





































