Cümə axşamı, Yanvar 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Manşet

“Dedilər ki, o qadını Pəncəli əsirlikdən gətirib…” – Milli Qəhrəmanın evindən REPORTAJ – FOTOLAR

24 Noyabr, 25 / 14:18
A A
“Dedilər ki, o qadını Pəncəli əsirlikdən gətirib…” – Milli Qəhrəmanın evindən REPORTAJ – FOTOLAR

2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı hərbçi Pəncəli Teymurovun ailəsini və məzarını ziyarət etmək çoxdankı arzum idi. Amma təəssüflər olsun ki, bu illər ərzində mənə qismət olmamışdı. Bu dəfə rayona səfərim zamanı iş adamı, xeyriyyəçi Rafiq müəllim Abışovla görüşəndə bu arzumu dilə gətirdim. Rafiq müəllim isə bu səfəri təşkil etməyi öz üzərinə götürdü.

Beləliklə, noyabrın 23-də bir qrup ziyalı dostumuzla Cəlilabaddan Pəncəlinin doğulub boya-başa çatdığı Astaranın Əzərüd kəndinə yola düşdük.

Yolboyu söhbətimiz zamanı Astaranın hündür dağlarına baxanda yazıçı dostumuz Meyxoş Abdullah mənə deyir, “Vasif, bu dağlarda böyüyən uşaq ancaq qəhrəman ola bilər. Elə deyilmi?”. Onun fikirləri ilə razılaşıram. Doğrudan da meşənin içi ilə Əzərüd kəndinə gedən dolama yolun enişli, yoxuşlu və sərt döngələri bizi təəccübləndirir. Yolda maşınları saxlayıb bu mənzərəli yerlərdə xatirə fotosu da çəkdiririk.

Günorta saatlarında Pəncəlinin ata evinə çatırıq. Bizi şəhidimizin anası Vahimə xanım, qardaşı Elbrus və yaxınları qarşıladı. Vahimə ana Pəncəliyə Azərbaycanın Milli Qəhrəmanı adını verdiyi üçün Ali Baş Komandan Prezident İlham Əliyevə təşəkkür edir:

“Təbrikiniz üçün çox sağ olun. Mən neçə illər idi bu günü gözləyirdim. Pəncəlini Milli Qəhrəman adına layiq gördüyü üçün ölkə başçımız, Prezident İlham Əliyevə özüm və ailəm adından təşəkkür edirəm. Ali Baş Komandanı həm də təbrik edirəm. Dünən Prezidentimizin qızları Leyla və Arzu Əliyevalar da bizdə qonaq oldu. Onlara da öz minnətdarlığımı bildirdim. Pəncəli Milli Qəhrəman adına layiq görüldüyü gündən bu yana ölkənin hər bir tərəfindən insanlar bizi ziyarətə gəlir. Biz buna görə çox sevinirik”.

Vahimə xanımla birlikdə Pəncəlinin ev muzeyinə gedirik və burda gördüklərimiz bizə çox maraqlı gəlir. Şəhid anası deyir ki, muzeydə Pəncəlinin corablarına kimi yadigar saxlanılır:

“Burda Pəncəlinin geydiyi ayaqqablar, paltarlar, hətta corablarını da saxlayırıq. Şəxsi əşyaları, medalları və digər əşyalar da burdadır. Mən onlara baxıb toxtaqlıq tapıram. Pəncəli həmişə məndən dolayısı yolla halallıq istəyirdi, amma mən başa düşmürdüm. Sən demə hər şey bu gün üçün imiş”.

Şəhid anası ev muzeyinin necə tikilməsinin tarixçəsini danışır:

“Bu muzeyin yerində ikiotaqlı evimiz var idi. Bir dəfə Pəncəli böyük qardaşı Elbrusa dedi ki, “Mənə yer verərsən gələcəkdə burda özümə ev tikərəm?”. Qardaşı da dedi ki, Pəncəli, əlbəttə. Nə vaxt istəsən, gəl tik!”. Əslində Pəncəliyə burda ev lazım deyildi, o, Xırdalanda özünə ev almışdı. Pəncəli şəhid olandan sonra mən onun bu arzusunu gerçəkləşdirmək üçün o köhnə evimizi söküb yerində onun ev muzeyini tikdirdim. Muzeydə onun bütün şəxsi əşyaları, hətta avtomobili belə saxlanılır. O, şəhid olandan sonra hərbi hissədən avtomobilini gətirdilər. Bu mənim üçün ən ağır səhnələrdən biri idi”.

Pəncəlinin toyunda özünə şəhidlik arzulaması anasının dediyinə görə, hamının təəccübünə səbəb olub, hətta qonaqlar ağlayıblar:

“Pəncəlini evləndirmək istəyirdik, amma işinə görə heç evdə olmurdu. Atası mənim bacım qızını çox istəyirdi və Pəncəliyə dedi ki, o qızla evlən. Pəncəli də razılaşdı və ailə qurdular. Toyunu edəndə məsləhətləşdik və Manaf Ağayevi dəvət etdik. Manaf müəllim üç saat toyda oxudu. Pəncəli mikrafonu götürüb özünə şəhidlik arzulayanda hamımızı ağlamaq tutdu. Toydan sonra dedim ki, bu nə idi özünə arzuladın? Heç nə demədi. O, iki il yeddi ay evli oldu, amma heç yeddi gün evdə olmadı. Övladı da yox idi. Pəncəli şəhid olandan sonra müğənni Manaf Ağayev övladları ilə bizə gəldi, oğlumun məzarını ziyarət etdi və “Vətən oğlu” mahnısını oxudu”.

“İcra başçısı demişdi ki, anası Pəncliyə baxmasın…”

“Pəncəlinin şəhid xəbəri gələndə icra başçımız demişdi ki, qardaşı gedib Pəncəlinin meyitinə baxsın, anası baxmasın, yoxsa, dayana bilməz. Dedim ki, narahat olmayın, heç bir şey etməyəcəm, sadəcə onun üzünü görüm. Bilirəm müharibədir, o döyüşüb, tikə-tikə ola bilər. Amma nişanələrinə baxacam. Pəncəlinin üzün açdılar baxdım, üzü salamat idi, amma arxa tərəfi və ayaqları parça-parça idi. Dedilər ki, qumbara ilə özünü partladıb” (Ağlayır).

Vahimə ananın Pəncəli haqqında xatirələri bizə çox maraqlı gəlir və suallarımızı verib onu danışdırırıq. Şəhid anası deyir ki, Pəncəli ermənilərin hərbi hissəsində andiçmə mərasimində iştirak edib:

“Ermənilərin hərbi hissəsində andiçmə mərasimində iştirak edib. Daha sonra kazarmaya girərək stolun üstündə olan əşyaları götürüb, ardıyca divara əlinin şəklini çəkərək ordan uzaqlaşıb. Erməni komandirlər itən əşyalara görə əsgərləri sorğu-suala çəkiblər, amma əşyaların yerini bilən olmayıb. Onlar divarda Pəncəlinin əlinin şəklini görəndə deyib ki, bura Pəncəli gəlibmiş. Ondan sonra Pəncəlinin başına pul qoymuşdular”.

Vahimə ana deyir ki, Pəncəli azərbaycanlı qadını əsirlikdən xilas edib, amma biz bundan o şəhid olandan sonra xəbər tutduq:

“Pəncəli şəhid olandan sonra Beyləqandan olan bir nəfər oğlum Elbrusa demişdi ki, Pəncəli əsirlikdə olan azərbaycanlı qadını xilas edərək Azərbaycana gətirib. Hadisə isə belə olub. Pəncəligil əməliyyata gedəndə biz tərəfdən onlara deyilib ki, düşmən sizi gördü, bu əməliyyatı təxirə salın. Amma onlar qəbiristanlıqda gizləniblər. Bu zaman ora çox pis vəziyyətdə olan bir qadın gələrək yaxının məzarı başında ağlamağa başlayıb. Qadının Azərbaycan dilində ağı deməsi Pəncəlinin təəccübünə səbəb olub. O, komandiri şəhid polkovnik-leytenant Murad Mirzəyevə deyib ki, icazə verin qadını tutub yanımıza gətirim və görək bu kimdir. Murad Mirzəyev icazə verməyib və deyib ki, ola bilsin  bizim yerimizi müəyyən etmək üçün bu ermənilərin hiyləsidir. İki gün gözləyiblər və üçüncü gün qadın yenə məzar başına gələndə Pəncəli onu tutub yanlarına aparıb. Orda qadının həqiqətən azərbaycanlı olduğu məlum olub. Yaxınlıqdakı fermada işlədiyini deyən azərbaycanlı qadın əsirlikdə olmazın işgəncələrinə məruz qaldığını deyib. Pəncəli komandirinə deyib ki, bu qadını ermənilərin əlindən xilas edib Azərbaycana aparacaq. Elə dediyi kimi də edib”.

“O, qadın mənim əlimdən, ayağımdam öpməyə başladı…”

“Günlərin bir günü həyətimizə bir neçə nəfər adam gəldi. Hamı maşından düşsə də bir qadın düşmədi. Amma elə hönkür-hönkür ağlayırdı. Maşına yaxınlaşıb onu evə dəvət edəndə qadın maşından yerə düşüb ayağımdan başıma kimi məni öpməyə başladı. Dedim ki, belə etməyin, mənim üçün günahdı. Sonra süfrə açdıq, o yemək yemədi, bir qurtum çay içdi. Ancaq gözyaşlarını saxlaya bilmirdi. Mən hələ də bu qadının kim olduğunu bilmirdim. Muzeyə daxil olub Pəncəlinin batinkalarının altını öpürdü. Özüm də təəccüblə baxırdım. Amma kim olduğunu, niyə bu qədər hönkür-hönkür ağladığını düşünürdüm. Bu qadını və yanındakı qonaqları yola saldıqdan sonra oğlanlarıma dedim  ki, onun kim olduğunu araşdırsınlar. Araşdırandan sonra məlum oldu ki, bu qadın Pəncəlinin xilas etdiyi həmin o əsir qadın imiş”.

Şəhid anası Pəncəlinin komandiri general-polkovnik Hikmət Mirzəyevin onlarda qonaq olduğunu bildirib:

“Evdən yola baxanda görürdüm ki, qara maşınlar sürətlə Pəncəlinin məzarı istiqamətində gedir. Bir neçə gün bu gediş-gəlişi müşahidə etdim. Günlərin bir günü gəlib məni evdən Pəncəlinin məzarı başına apardılar. Gedib gördüm ki, burda hərbçi əlindən yer yoxdur, Xüsusi Təyinatlılar hamısı burdadır. On dəqiqə sonra bir maşın dayandı və bir neçə hərbçi düşdü. Hikmət Mirzəyevi uzaqdan görən kimi tanıdım. Görüşdük və o, Pəncəlinin məzarı başında durub onunla söhbət etməyə başladı. Bu görüş də bizim üçün çox təsəlli oldu”.

Biz Vahimə anayla sağollaşıb Pəncəlinin məzarını ziyarətə getdik. Qəbir ziyarətindən sonra Cəlilabada yola düşdük.

Qeyd edək ki, şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 2016-cı il Şanlı aprel döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub. Ölkə başçısının göstərişi ilə ölümündən sonra “Vətən uğrunda” medalıyla təltif edilib. Prezident İlham Əliyevin 07.11.2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. (Adalet.az).

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN

Astara, Əzərüd kəndi.

Fotolar müəllifindir.

Əvvəlki yazı

Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi – Rəsm

Növbəti yazı

Cəlilabadda “Mercedes” dirəyə dəyib aşdı, sürücü yaralandı – FOTOLAR

XƏBƏR LENTİ

Bu qanunlar artıq qüvvədədir - Siyahı

Bu qanunlar artıq qüvvədədir - Siyahı

Yanvar 1, 2026
Cəlilabadda Yeni il gecəsi bıçaqlanan 17 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI

Cəlilabadda Yeni il gecəsi bıçaqlanan 17 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI

Yanvar 1, 2026
Bakıda bayram günü əkizlər doğuldu - FOTO

Bakıda bayram günü əkizlər doğuldu - FOTO

Yanvar 1, 2026
Bəzi yollar buz bağlayacaq

Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq

Yanvar 1, 2026
Gələn ildən pensiya yaşı artırılır

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yanvar 1, 2026
"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

Yanvar 1, 2026
Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Yanvar 1, 2026
Yanvarda hava necə olacaq?

Yağış, qar... - Sabahın havası

Yanvar 1, 2026
Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi – VİDEO

İlham Əliyev onları təbrik etdi

Yanvar 1, 2026
İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

Yanvar 1, 2026
Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Yanvar 1, 2026
Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Yanvar 1, 2026
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Yanvar 1, 2026
"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

Yanvar 1, 2026
"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

Yanvar 1, 2026
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

Prezident xalqa müraciət etdi - VİDEO

Yanvar 1, 2026
Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Dekabr 31, 2025
"At ili" nələr vəd edir?

"At ili" nələr vəd edir?

Dekabr 31, 2025
Bəzi yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabr 31, 2025
DYP-dən sürücülərə - Xəbərdarlıq+VİDEO

DYP küləkli hava ilə bağlı sürücülərə çağırış etdi

Dekabr 31, 2025
Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Dekabr 31, 2025
Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Dekabr 31, 2025
Qar yağacaq - Sabahın havası

Təzə ilin ilk günü hava necə olacaq? - Proqnoz

Dekabr 31, 2025
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım - FOTO

Meriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım etdi - FOTO

Dekabr 31, 2025
Beş günlük bayram tətili başladı

Beş günlük bayram tətili başladı

Dekabr 31, 2025
Həmrəylik Günüdür

Həmrəylik Günüdür

Dekabr 31, 2025
“Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”

Prezidentdən bayram paylaşımı - FOTO

Dekabr 30, 2025
Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Dekabr 30, 2025
Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Dekabr 30, 2025
İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

Dekabr 30, 2025
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.