Təhsil müəssisə rəhbərlərinə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022- 2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası elm və təhsil nazirinin 22.02.2024-cü il tarixli, 3-29/3-2-78F/2024 nömrəli əmri ilə nazirliyin təsdiq edilmiş İş Planında nəzərdə tutulmuş məsələlər barədə məlumat verilib.
Mecra.az xəbər verir ki, 18 noyabr 2025-ci il tarixdə Cəlilabad rayonu üzrə təhsil sektorunun əhatəsində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında göstərilən prioritetlərlə tanış edilib.
Görüş zamanı korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində görülmüş tədbirlər, korrupsiya halının qarşısının alınması və şəffaflığın təmin edilməsi sahəsində görülməli olan tədbirlər, maliyyə şəffaflığının təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində görülən tədbirlər və korrupsiyaya qarşı mübarizənin aparılması sahəsində maarifləndirmə işinin aparılması kimi əsas fəaliyyətlər barədə geniş məlumat verilmişdir.
Müzakirlər zamanı görüş iştirakçılarına ötən dövr ərzində təhsil sahəsində aşkar edilmiş nöqsan və qanun pozuntularına görə həyata keçirilən intizam tədbirləri barədə məlumat verilərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyi qeyd edilib.






























