Savaş və sınaq meydanında

XƏBƏR XƏTTİ
Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!•Ramiz Mehdiyev YAP-dan çıxarıldı•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!•Ramiz Mehdiyev YAP-dan çıxarıldı•

17 sentyabr 2020-ci il tarizində Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşündə Füzulini azad etməklə tariximizə yeni qəhrəmanlıq salnaməsi yazdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə söyləmişdir ki, Qarabağın digər məntəqələri kimi, Füzulinin də işğaldan azad olunması böyük rəmzi məna daşıyır. Azərbaycan Ordusu buradakı savaş meydanında özünü məsuliyyətli və peşəkar ordu kimi nümayiş etdirdi. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi davam edir.

Müharibədə məğlub olaraq daha pis vəziyyətə düşən Ermənistan bundan sonra atacağı addımlara diqqət etməli, ilk növbədə, qonşuları ilə münasibətlərə xüsusi fikir verməli, indiyədək irəli sürdüyü bütün iddialarından əl çəkməlidir. Çünki Azərbaycan güclü dövlətdir. Bölgədə reallaşdırılan qlobal layihələr Azərbaycanın razılığı və dəstəyi ilə həyata keçirilir. Ermənistan da başa düşməlidir ki, əməkdaşlıq erməni iqtisadiyyatı üçün ə həyati əhəmiyyət daşıyır.

Cənab Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi, dəqiq planlaşdırılmış tapşırıq və göstərişləri əsasında hazırda Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış massivləri, sosial infrastruktur, məktəblər, xəstəxanalar, yollar, sənaye parkları salınır. Ən əsası isə, uzun illər doğma torpaqlarından didərgin düşmüş füzulililərin yurd həsrətinə son qoyulur.

Bu, Prezident İlham Əliyevin apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Pərvanə Hüseynova, Cəlilabad rayon sakini,  şəhid Ramazan Hüseynzadənin anası

                                                                                     

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt