Prezident İlham Əliyev AQEM-in 7-ci Bakı Zirvə görüşündəki çıxışında deyib ki, son illər AQEM çərçivəsində institusional inkişaf və transformasiya məsələləri ardıcıl şəkildə müzakirə olunur. Söhbət mövcud mexanizmlərin möhkəmləndirilməsindən, AQEM Katibliyinin imkanlarının genişləndirilməsindən və iştirakçı dövlətlər arasında əməkdaşlıq üçün daha dayanıqlı təşkilati əsasın yaradılmasından gedir. AQEM-i tamhüquqlu bir təşkilata çevirmək və onun Nizamnaməsinin hazırlanmasına başlamaq haqqında qərar rəsmi olaraq 2022-ci ilin oktyabr ayında Astanada keçirilən AQEM-in VI Zirvə Toplantısında qəbul edilmişdir. Hal-hazırda Nizamnamənin üzərində iş davam etdirilir.
Eyni zamanda qeyd edilməlidir ki, institusional inkişaf praktiki fəaliyyətdən ayrı nəzərdən keçirilmir. Əksinə, sədrliyin əsas vəzifələrindən biri mövcud etimad tədbirlərinin səmərəliliyinin artırılması və yeni əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsidir. Bu çərçivədə nəqliyyat əlaqəliliyinə, rəqəmsallaşmaya, davamlı inkişafa, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, “yaşıl iqtisadiyyat”a, eləcə də humanitar və təhsil sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilir.
Azərbaycanın AQEM-də sədrliyi dövründə artıq konkret nəticələr də əldə olunmuşdur. 2025-ci ildə AQEM-in Qadınlar Şurası və Maliyyə Şurası yaradılmış, iştirakçı dövlətlərin aparıcı universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin inkişafı davam etdirilmiş, biznes forumları, gənclər üçün tədbirlər və digər ixtisaslaşmış görüşlər keçirilmişdir. 2026-cı ildə isə təşkilatın institusional inkişafı və praktiki əməkdaşlıqda işlər davam etdirilmişdir.
Azərbaycan üçün belə bir tədbirin Bakıda keçirilməsi diplomatik baxımdan olduqca əhəmiyyətlidir. Təşkilata sədrliyi dövründə AQEM üçün ənənəvi olan etimad quruculuğu gündəliyini Asiya dövlətlərinin iqtisadi və texnoloji əlaqəliliyi ilə bağlı daha praktik əməkdaşlıq istiqamətləri ilə uzlaşdırmağa çalışır. Bu, ölkəmizin AQEM-in digər beynəlxalq və regional strukturlarla əməkdaşlığının gücləndirilməsinə verilən önəmdir.
Kənan Səlimov,
Cəlilabad RİH-nin əməkdaşı