Polkovnik Şirvanov azadlığa buraxıldı

XƏBƏR XƏTTİ
4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!•Ramiz Mehdiyev YAP-dan çıxarıldı•Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı•Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!•Ramiz Mehdiyev YAP-dan çıxarıldı•Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı•Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt•

Müdafiə Nazirliyindəki 160 milyonluq yeyinti ittihamı ilə 5 illik məhkum edilmiş polkovnik  Mahir Şirvanov azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yerli məhkəmə belə qərar qəbul edib.

Mahir Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti hesab edilib. Polkovnik qərar çıxan kimi saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Hakim qərarını məhkumun cəzasının 3/4 hissəsini çəkməsi, islah olması ilə əsaslandırıb.

Qeyd edək, polkovnik Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub. 2022-ci ilin əvvəlində həbs edilib. O, bu ilin əvvəlində vaxtından əvvəl azadlığa çıxmaq istəyi ilə məhkəməyə müraciət etmişdi. Lakin onun həmin vaxt qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilmişdi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt