“Hicab qadağa yoxdu axı”

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

Hicab qadağa yoxdu axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarının belə mütəşəkkil hay-küylə qarşılanması şübhələr yaradır. Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür. Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür.

Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır! Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar?

Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? Bir qrup insanın din pərdəsi altında öz iradə və iddialarını yeritməyə çalışması gələcək təhlükələrin aşkar əlaməti deyilmi? Dünyəvi dövlət tərəfdarları, aydın düşüncəyə malik, ziyalı insanlar sabahımız naminə daha fəal olmalı, müzakirələrə qoşulub qəti mövqe, tutarlı münasibət bildirməlidirlər.

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt