Həmin çobanın atası da eyni yerdə minaya düşdü

XƏBƏR XƏTTİ
Cəbrayıldakı mina partlayışları ilə bağlı XİN-dən açıqlama•Həmin çobanın atası da eyni yerdə minaya düşdü•Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi – FOTO•İlham Əliyev Türkmənbaşıda konsert proqramında – VİDEO•Sabah leysan yağacaq – Xəbərdarlıq•İcra başçısı Çəmənli sakinləri ilə görüşdü – FOTOLAR•“Atama qarşı haqsızlıq çox oldu, Xalq artisti fəxri adı verilmədi”•Cəbrayılda 26 yaşlı çoban minaya düşdü•Cəbrayıldakı mina partlayışları ilə bağlı XİN-dən açıqlama•Həmin çobanın atası da eyni yerdə minaya düşdü•Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi – FOTO•İlham Əliyev Türkmənbaşıda konsert proqramında – VİDEO•Sabah leysan yağacaq – Xəbərdarlıq•İcra başçısı Çəmənli sakinləri ilə görüşdü – FOTOLAR•“Atama qarşı haqsızlıq çox oldu, Xalq artisti fəxri adı verilmədi”•Cəbrayılda 26 yaşlı çoban minaya düşdü•

İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində bu gün 2-ci mina partlayışı hadisəsi baş verib.

Mecra.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

“Bir müddət öncə Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, – deyə məlumatda qeyd edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt