Sabah leysan yağacaq – Xəbərdarlıq

XƏBƏR XƏTTİ
Sabah leysan yağacaq – Xəbərdarlıq•İcra başçısı Çəmənli sakinləri ilə görüşdü – FOTOLAR•“Atama qarşı haqsızlıq çox oldu, Xalq artisti fəxri adı verilmədi”•Cəbrayılda 26 yaşlı çoban minaya düşdü•PKK silahlı qüvvələrinin Türkiyədən çıxarılmasını tamamladı•12 milyonunu general, qalanını onlar qaytarıb…•Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər•9 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabah leysan yağacaq – Xəbərdarlıq•İcra başçısı Çəmənli sakinləri ilə görüşdü – FOTOLAR•“Atama qarşı haqsızlıq çox oldu, Xalq artisti fəxri adı verilmədi”•Cəbrayılda 26 yaşlı çoban minaya düşdü•PKK silahlı qüvvələrinin Türkiyədən çıxarılmasını tamamladı•12 milyonunu general, qalanını onlar qaytarıb…•Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər•9 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir.

Mecra.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 9-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 10-u gündüz bəzi şərq rayonlarında yağıntıların qısa müddətə güclənəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt