Cəbrayılda 26 yaşlı çoban minaya düşdü

XƏBƏR XƏTTİ
Sabah leysan yağacaq – Xəbərdarlıq•İcra başçısı Çəmənli sakinləri ilə görüşdü – FOTOLAR•“Atama qarşı haqsızlıq çox oldu, Xalq artisti fəxri adı verilmədi”•Cəbrayılda 26 yaşlı çoban minaya düşdü•PKK silahlı qüvvələrinin Türkiyədən çıxarılmasını tamamladı•12 milyonunu general, qalanını onlar qaytarıb…•Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər•9 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabah leysan yağacaq – Xəbərdarlıq•İcra başçısı Çəmənli sakinləri ilə görüşdü – FOTOLAR•“Atama qarşı haqsızlıq çox oldu, Xalq artisti fəxri adı verilmədi”•Cəbrayılda 26 yaşlı çoban minaya düşdü•PKK silahlı qüvvələrinin Türkiyədən çıxarılmasını tamamladı•12 milyonunu general, qalanını onlar qaytarıb…•Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər•9 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•

Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub.

 Mecra.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa və çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt