Azərbaycan və Türkmənistan prezidentləri görüşdü – FOTOLAR

XƏBƏR XƏTTİ
Ədəbiyyat üzrə Nobel mükafatını o qazandı•Azərbaycan və Türkmənistan prezidentləri görüşdü – FOTOLAR•Adı mətbuatda hallanan lisey direktoru istefa verdi•Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı•“Əgər Azərbaycan əsgəri qaydaları kobud şəkildə pozmasaydı…” – Paşinyan•“Azad edilmiş ərazilərin bərpasında qardaş dəstəyi xüsusi əhəmiyyətə malikdir”•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•11 gün İŞ OLMAYACAQ: Tarixlər açıqlandı•Ədəbiyyat üzrə Nobel mükafatını o qazandı•Azərbaycan və Türkmənistan prezidentləri görüşdü – FOTOLAR•Adı mətbuatda hallanan lisey direktoru istefa verdi•Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı•“Əgər Azərbaycan əsgəri qaydaları kobud şəkildə pozmasaydı…” – Paşinyan•“Azad edilmiş ərazilərin bərpasında qardaş dəstəyi xüsusi əhəmiyyətə malikdir”•Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası•11 gün İŞ OLMAYACAQ: Tarixlər açıqlandı•

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.

Mecra.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulanıb. Qeyd edilib ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Dövlət başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt