Cəlilabadın şəhid igidləri – Qəlbimizdə əbədi yaşayanlar

XƏBƏR XƏTTİ
E-Bələdiyyə tətbiqi istifadəyə verildi•Ermənistan parlamentində əlbəyaxa dava – VİDEO•Duracaq və qarajlarla bağlı dəyişiklik•Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü•Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? – VİDEO•Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb – XİN•Cəlilabadın şəhid igidləri – Qəlbimizdə əbədi yaşayanlar•Tarixə çevrilən siyasi yol•E-Bələdiyyə tətbiqi istifadəyə verildi•Ermənistan parlamentində əlbəyaxa dava – VİDEO•Duracaq və qarajlarla bağlı dəyişiklik•Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü•Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? – VİDEO•Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb – XİN•Cəlilabadın şəhid igidləri – Qəlbimizdə əbədi yaşayanlar•Tarixə çevrilən siyasi yol•

Bu gün Uzuntəpə kəndi üçün həm qürurlu, həm də kövrək bir gündür. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızı – Uzuntəpənin şəhidlərini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə anırıq.

Onlar bu torpağın yetirmələri, bu kəndin övladları idilər. Aralarında müxtəlif yaşlarda, müxtəlif arzularla yaşayan, ailəsinə, doğma kəndinə bağlı neçə-neçə igid vardı. Onların hər biri Vətən qarşısında öz müqəddəs borcunu canı ilə ödəyərək tariximizin şərəfli səhifəsinə öz adını yazdı.

Bu gün mənim üçün isə xüsusilə ağır və kövrək bir gündür. Çünki həmin qəhrəmanların arasında vaxtilə dərs dediyim, şagirdim olmuş Rəşad Quliyevin də adı var. Rəşad mənim üçün yalnız şəhidlik zirvəsinə ucalmış bir igid deyil, həm də müəllim kimi yaddaşımda yaşayan, dərs dediyim, böyüməsini izlədiyim bir şagirdimdir. Bu gün onun şəhid olduğu gündür.

Müəllim üçün şagirdinin adını illər sonra kitabda, lövhədə, xatirə guşəsində “ŞƏHİD” sözünün yanında görmək çox ağırdır. Amma bu ağrının içində böyük bir qürur da var. Çünki Rəşad öz canını Vətənə fəda edərək “mən bu torpağın oğluyam” sözünü həyatının ən böyük əməli ilə təsdiqlədi. Rəşad, sən mənim yaddaşımda həmişə şagirdim olaraq qalacaqsan, xalqımızın yaddaşında isə Vətən şəhidi kimi yaşayacaqsan. Səninlə fəxr edirəm, əziz şagirdim. Sənin və sənin kimi Vətən uğrunda canından keçən bütün Uzuntəpə igidlərinin qarşısında baş əyirəm.

Bu gün onların adları çəkilərkən gözlərimiz dolur, ürəyimiz ağrıyır. Amma unutmayaq ki, şəhidlər yalnız dünənin deyil, sabahımızın da yol göstərənləridir. Onların həyatı, mübarizəsi və Vətən sevgisi gələcək nəsillər üçün ən böyük örnəkdir.Uzuntəpənin 20-DƏN çox şəhid övladı – sizin hər biriniz bizim üçün əziz və müqəddəssiniz.Siz bu kəndin tarixində, xalqımızın yaddaşında və doğma torpağın qoynunda əbədi yaşayacaqsınız.Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları qarşısında baş əyirəm.Rəşadım, əziz şagirdim – ruhun şad olsun!Səninlə və bütün şəhidlərimizlə fəxr edirik.Vətən sizə borcludur!

Ələsgər Mirzəzadə, tarixçi-araşdırmaçı müəllim

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt