Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

XƏBƏR XƏTTİ
Şəhid qardaşı şəhid bacısı ilə evləndi – FOTOLAR•Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi – FOTOLAR•23 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Şəhid qardaşı şəhid bacısı ilə evləndi – FOTOLAR•Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi – FOTOLAR•23 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.

Mecra.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb.

“Bu gün İstanbulda Türk dünyasının əfsanəvi sənətkarı, hörmətli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım. Ona kiçik yaşlarımdan heyranlıq duyuram. İllər keçdi və aramızda ailəvi bir dostluq başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi.

Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərini uca tutan əfsanəvi bir şəxsiyyət… Uzun söhbətimizdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O mənə həmişə “Sevil can” deyə müraciət edir, eynilə uşaqlığımda nənəmin mənə səsləndiyi kimi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun”, – S.Nuriyeva qeyd edib.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt