İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

XƏBƏR XƏTTİ
İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?•“Müəllim yalnız bilik verən insan deyil”•Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı•Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək•Ramil Usubova ağır itki•Sabahın havası açıqlandı•Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi – FOTOLAR•Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq•İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?•“Müəllim yalnız bilik verən insan deyil”•Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı•Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək•Ramil Usubova ağır itki•Sabahın havası açıqlandı•Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi – FOTOLAR•Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq•

“Bu ilin sonuna qədər Ağdam rayonunun ümumi əhalisinin sayının 21 minə çatacağı gözlənilir”.

Mecra.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Aqrar Biznes Festivalı” çərçivəsində təşkil edilən “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün Ağdam şəhərində 3 000-dən çox insan yaşayır:

“Ümumilikdə isə Ağdam rayonunda 8 000-dən çox insan məskunlaşıb. Ağdam şəhəri və ətrafındakı üç kənd də buna daxildir. Bu proses daha da genişlənəcək. Məskunlaşma prosesi nəticəsində bu ilin sonuna qədər Ağdam rayonunda ümumi əhalinin sayının 21 minə çatacağı gözlənilir. Bu, qarşıdakı illərdə də davam edəcək bir prosesdir”. (Oxu.Az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt