Cəlilabadda görünməmiş tapıntı: Qazıntılar zamanı görün nələr üzə çıxdı – VİDEO

XƏBƏR XƏTTİ
Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür•44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür – VİDEO•Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı – VİDEO•Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər•Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi•Qələbə xəbərini xəstəxanada eşidən cəlilabadlı qazi: “Gecə həkim oyatdı ki, qələbə qazanmışıq” – VİDEO•Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO•Azərbaycan Türkiyəyə başsağlığı verdi•Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür•44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür – VİDEO•Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı – VİDEO•Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər•Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi•Qələbə xəbərini xəstəxanada eşidən cəlilabadlı qazi: “Gecə həkim oyatdı ki, qələbə qazanmışıq” – VİDEO•Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO•Azərbaycan Türkiyəyə başsağlığı verdi•

Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində arxeoloji tədqiqatlar davam edir.

Baku TV-nin məlumatına görə, ərazidə aparılan növbəti qazıntılar zamanı mühüm maddi-mədəniyyət nümunələri aşkar edilib.

Arxeoloji ekspedisiyanın rəhbəri Anar Ağazadə bildirib ki, builki tədqiqatlar nəticəsində Erkən Tunc dövrünə aid təsərrüfat quyuları, tikili qalıqları, ocaq kürələri, ocaq yerləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxarılıb:

 

 

“Abidədə məskunlaşma uzun müddət və intensiv davam edib. Yaşayış yerinin üst təbəqəsində Orta əsrlər dövrünə aid zəngin mədəni qat aşkarlanıb, şirli və şirsiz keramika qalıqları üzə çıxarılıb. Dərin qatlarda isə Erkən Tunc dövrünə aid Kür-Araz mədəniyyətinin nümunələrinə rast gəlinir. Nazikdivarlı saxsı qablar xarakterik tapıntılar arasındadır.

Bütün bunlar Xudutəpədə böyük istehsal ocaqlarının olduğunu deməyə əsas verir. Gələcəkdə Xudutəpə yaşayış yerində aparılacaq tədqiqatlarla tarixin daha qədim qatlarına aid yeni nümunələrin üzə çıxarılması nəzərdə tutulur”, – deyə Anar Ağazadə bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt