“17 ildir günahsız yerə həbsdə yatıram” – 70 yaşlı ömürlük məhkum

XƏBƏR XƏTTİ
25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hazırda Ədliyyə Nazirliyi Penitansiar Xidmətinin Qaradağ rayonu Umbaku qəsəbəsində yerləşən Qarışıq rejimli Penitansiar Kompleksdə cəza çəkən Gəncə şəhər sakini, iş adamı Şöhrət Quliyev ölkə başçısı, Prezident İlham Əliyevə müraciət edib.
Vəkili H.Hacıbalayevin Kontekst.az-a təqdim etdiyi müraciətdə Söhrət Quliyev qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.12.2010-cu il tarixli 1(101)-647/2010 saylı hökmü ilə tam qanunsuz və əsassız olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib:
“O, vaxtdan indiyə kimi heç bir cinayət törətmədiyim və heç bir günahım olmadığı halda xüsusi və ağır rejimdə cəza çəkirəm. Mən törətmədiyim cinayət əməllərinə görə 26.05.2009-cu ildə həbs olunmuşam. 17 ildən çoxdur ki, həbsdə saxlanılıram. Bir neçə ildir ki, qanunsuz həbs olunmağım və daha sonra ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyimin səbəbləri barədə sizə yazır və bu qanunsuz həbsdən azad olunmağım üçün tədbirlər görməyi xahiş edirəm. Lakin yazdığım çoxaylı şikayət ərizələrim mənim qanunsuz həbs və məhkum olumağımda xüsusi maraqları olan qüvvələr tərəfindən bilərəkdən sizə çatdırılmır. Həmin qüvvələr çox yaxşı dərk edirlər ki, əgər göndərdiyim şikayət ərizələrində qeyd etdiyim faktlar obyektiv, tam və hərtərəfli araşdırılmış olsa, onların çox böyük problemləri yaranacaq. Sizin və Azərbaycan dövlətinin qanunları qarşısında bütün ciddiyyəti ilə cavab verməli olacaqlar”.
Şöhrət Quliyev daha sonra qeyd edir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyinin səbəbi 26.05.2009-cu ildə Gəncə şəhərində həbs ediləndən sonra mütəşəkkil dəstə yaratması və guya onun tərəfindən 8 nəfərin öldürülməsi barədə verilən məlumatdır:
“İbtidai istintaq və məhkəmələrdə işə baxılan zaman tam müəyyən edilmişdir ki, mənim 2 nəfər şəxsin öldürülməsində hər heç bir iştirakım olmayıb. Öldürülən həmin iki nəfər şəxslərdən birini, yəni Gəncə şəhər sakini Kamal Ələkbərovu Həsənov Anar Tahir oğlu, digərini, yəni Bakı şəhər sakini Əhməd İbrahimovu isə Şabanov İlham Fərman oğlu öldürmüşdür. Həm ibtidai istintaq, həm də məhkəmədə tam müəyyən edilmişdir ki, sizə verilən yalan məlumatın tam əksinə olaraq heç bir banda mövcud olmayıb və mənim həmin banda dedikləri ilə heç bir əlaqəm olmayıb. İlham Şabanov Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən, həm dindirilən zaman, həm də iki dəfə yazılı surətdə məhkəməyə təqdim etdiyi ərizələrində bildirib ki, mən Quliyev Şöhrət Məmməd oğlunu tanımıram, indiyə kimi onunla heç bir münasibətim olmayıb, Kamal Ələkbərovu isə özü öldürmüşdür. Onun öldürülməsi sifarişini isə ona Gəncə şəhər sakini Elmar adlı şəxs sifariş vermişdir. “Şöhrət Quliyevi tanımıram və Şöhrətin Kamal Ələkbərovun öldürülməsi cinayəti ilə heç bir əlaqəsi yoxdur”, – deyə o, bildirmişdir. Bakı Apellyasiya Məhkəməsində də İlham Şabanov eyni ifadələri vermişdir. Cinayət işi üzrə digər təqsirləndirilən şəxs Anar Həsənov da hər iki məhkəmə instansiyasında ifadələr verərək məhkəmənin nəzərinə dönə-dönə çatdırmışdır ki, Şöhrəti Quliyev tanımıram, onunla mənim indiyə kimi heç bir münasibətim və əlaqəm olmayıb. Anar Həsənov bildirib ki, mənə və İlham Şabanova iki nəfərin, yəni Kamal Ələkbərov və Əhməd İbrahimovun öldürülməsini sifariş verən Gəncə şəhər sakini Elmar adlı şəxs olub. Şöhrət Quliyevin bu iki nəfərin öldürülməsi ilə hər hansı şəkildə heç bir əlaqəsi və xəbəri olmayıb. Cinayət işi üzrə toplanmış fakt və sübutlar da mənim qeyd olunan bu iki nəfərin öldürülməsi cinayətləri ilə heç bir əlaqəmin olmadığını, mənə verilmiş ittihamın tam qanunsuz və əsassız bir ittiham olduğunu tam şəkildə təsdiq etmişdir. Lakin həbsim xüsusi sifariş əsasında həyata keçirildiyindən məhkəmələr məni ən ağır cəzaya məhkum etdilər.
Bu sonradan müəyyən edilsə də, həmin şəxslər sizə mənim baş verən cinayətlərdə heç bir əlaqəmin olmaması haqqında yenidən məruzə etməkdən qorxduqlarından və buna görə sizin tərəfinizdən ciddi şəkildə cəzalandırılacaqlarını bildikləri üçün bunu sizə deyə bilməyiblər. Bir daha bildirirəm ki, mən heç kimi öldürməmişəm və öldürülməsini sifariş verməmişəm. Ölən məlum, öldürən məlum, sifariş verən də məlumdur. Kiminsə sözü yalan çıxmasın, vəzifəsini itirməsin deyə mənə ömürlük cəza veriblər”.
Daha sonra Ş.Quliyev müraciətində qeyd edir ki, hazırda bir sıra xəstəliklərdən ciddi şəkildə əziyyət çəkir:
“Cənab Prezident! Bu şikayət ərizəsini Sizə vəkilim vasitəsilə ünvanlayıram. Mən 1957-ci ildə anadan olmuşam. Gələn il 70 yaşım tamam olacaq. 1988-ci ildən ikinci qrup əliləm. Qanunsuz yerə tutularaq məhkum ediləndən sonra görmə qabiliyyətimi əhəmiyyətli dərəcədə itirmişəm və şəkər xəstəliyinə tutulmuşam. Mənimlə bərabər ailə üzvlərimin də səhhətində ciddi problemlər yaranıb. 1973-cü ildən xırda ticarətlə məşğul olub ailəmi dolandıran adam olmuşam. 1990-cı ildən 2009-cu ildə həbs edilənə kimi Çin Xalq Respublikasından Azərbaycana qab-qacaq gətirib satmaqla məşğul olmuşam. Sadə bir iş adamı idim. Mənim cinayət əməli ilə heç bir əlaqəm olmayıb. Bu faktı məni tanıyan hər kəs təsdiq edə bilər.
Hörmətli cənab Prezident!
Bütün Azərbaycan xalqı kimi mən də sizin ədalətinizə tam inanıram. Sizin rəhbərliyinizlə qazanılan hər bir uğura ürəkdən sevinirəm. Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu qələbə isə məni həddindən artıq sevindirdi. Sizin sayənizdə respublikamız gün-gündən inkişaf edir və yeni-yeni uğurlar əldə edir. Mən və mənim ailə üzvlərim və yaxınlarım tam inanırlar ki, əgər mənim müraciətlərim Sizə çatarsa, siz mənə qarşı edilmiş qanunsuzluqları aradan qaldıracaq, haqq və ədalət qısa vaxtda bərpa olunub öz yerini tapacaq. Ona görə bu şikayət ərizəsini sizə yazmaqla xahiş edirəm ki, mənim qqanunsuz həbsdən və məhkumluqdan azad edilməyim üçün tədbirlərin görülməsini təmin edəsiniz. Öncədən Sizə özüm və ailəm adından təşəkkür edirəm”.
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt