Sabirabadda 8 ay öncə qəzalı vəziyyətə düşən körpü hələ də düzəlməyib – VİDEO

XƏBƏR XƏTTİ
Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•“Həmin hərbçini təhvil verə bilməyimiz üçün bizə məhbuslardan birini verin” – Paşinyan•Vurulan gəmidə yaralananlardan biri də Masallı sakini Coşqun olub – VİDEO•7 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI•Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi•Sumqayıtda məktəb direktoru vəfat etdi•Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•“Həmin hərbçini təhvil verə bilməyimiz üçün bizə məhbuslardan birini verin” – Paşinyan•Vurulan gəmidə yaralananlardan biri də Masallı sakini Coşqun olub – VİDEO•7 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI•Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi•Sumqayıtda məktəb direktoru vəfat etdi•Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•

Sabirabad rayonunun ən ucqar kəndlərindən biri olan Sarxanbəylidə ötən ilin dekabrında baş vermiş hadisənin fəsadları hələ də aradan qaldırılmayıb.

Mecra.az xəbər verir ki, söhbət 2-ci Küryan kollektoru üzərində yerləşən körpüdən gedir.

Hətta, hadisə nəticəsində pambıqyığan kombayn aşaraq su kanalına düşmüşdü. Artıq avqust ayı olmasına baxmayaraq sözügedən körpü qəzalı vəziyyətdə qalır. Bu isə sakinləri ciddi narahat edir. Onların sözlərinə görə, körpü uçduqdan sonra aidiyyəti qurumlar alternativ yolun çəkiləcəyini də bildirib.

Sakinlər deyirlər ki, bu körpü təkcə Sarxanbəyli kəndi deyil, bir neçə yaşayış məntəqəsinin əhalisi üçün həyati əhəmiyyət daşıyır. Şirvan və Salyan istiqamətinə getmək üçün məhz bu körpüdən istifadə edirdilər.

Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, körpünün bərpası üçün məlumat verilib və smeta da ayrılıb. Yaxın günlərdə əraziyə texnikalar gətirilərək körpünün tikintisinə başlanılacaq.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt