Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verdi – Bakıda olay

XƏBƏR XƏTTİ
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•“Azərbaycan ilə Vyetnam arasında indiyədək 30-dan çox sənəd imzalanıb”•İlham Əliyev Trampa təşəkkür etdi•Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın təfərrüatı – VİDEO•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•“Azərbaycan ilə Vyetnam arasında indiyədək 30-dan çox sənəd imzalanıb”•İlham Əliyev Trampa təşəkkür etdi•

“TikTok”da baxıcılıq və falçılıqla bağlı paylaşımlar edən qadına cadunun pozulması üçün üz tutan həmcinsi dələduzluğun qurbanı olub.

Mecra.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Validə Sultansoy (ad-soyad şərtidir) cadunun pozulması üçün ona müraciət edən qadından 14.080 manat pul alıb.

Məlum olub ki, zərərçəkmiş şəxs özünü falçı kimi təqdim edən qadına mesaj yazaraq, ailəsində bir çox problemlər olduğunu, ərinin onu və körpə uşaqlarını qoyub başqa bir qadınla ikinci dəfə ailə həyatı qurduğunu, uşağının birinin isə sağalmaz xəstə olduğunu bildirib.

Zərərçəkmiş şəxs özünün və uşağının üzərində ağırlıq olduğunu, bunun cadu edilməsi ilə əlaqədar ola bilməsini bildirib və Validədən kömək istəyib.

Aralarında olan mesajlaşma zamanı zərərçəkmiş ərinin ailə qurduğu ikinci qadından ayrılmasını, həmin qadının ölməsi üçün cadu edilməsini istəyib. Təqsirləndirilən şəxs isə qarşı tərəfə ərinin ailə qurduğu ikinci arvadının öləcəyinə zəmanət vermədiyini bildirib.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Ona müraciət edən qadının 14.080 manat pulunu alan “falçı” qarşı tərəfin nömrəsini qara siyahıya daxil edib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Validə Sultansoy dəymiş zərəri geri ödəyib. Sabunçu Rayon Məhkəməsi təqsirləndirilən şəxsə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktı elan edilib və o, cinayət məsuliyyətindən azad olunub (xitab24.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt