Yağış, şimşək, duman… – Faktiki hava açıqlandı

XƏBƏR XƏTTİ
Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•“Azərbaycan ilə Vyetnam arasında indiyədək 30-dan çox sənəd imzalanıb”•İlham Əliyev Trampa təşəkkür etdi•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•“Azərbaycan ilə Vyetnam arasında indiyədək 30-dan çox sənəd imzalanıb”•İlham Əliyev Trampa təşəkkür etdi•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•

Avqustun 16-ı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik, Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy, Şəmkirdə 1 mm-dək qeydə alınıb.

Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qax (Sarıbaş), Daşkəsən, Gədəbəydə duman müşahidə olunur. Dumanda görünüş 500 m-dək məhdudlaşır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21, Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti müşahidə olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt