“Ford” elektrik dirəyinə çırpıldı – 25 yaşlı kişi öldü

XƏBƏR XƏTTİ
Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•“Azərbaycan ilə Vyetnam arasında indiyədək 30-dan çox sənəd imzalanıb”•İlham Əliyev Trampa təşəkkür etdi•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Cəlilabadda sabiq vəzifəli şəxs vəfat etdi•Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü•Nazirlikdə Aparat rəhbəri oldu•24 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Güclü külək əsəcək – Xəbərdarlıq•“Azərbaycan ilə Vyetnam arasında indiyədək 30-dan çox sənəd imzalanıb”•İlham Əliyev Trampa təşəkkür etdi•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alənıb.

Belə ki, “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən  ölüb. Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədənini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar. Sürücünün meyiti müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).



Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt