“Susuzluğun əlindən şəhərə gedirik” – Sakinlər fəryad etdi – VİDEO

XƏBƏR XƏTTİ
Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsinin sakinləri içməli su problemindən əziyyət çəkirlər.

Mecra.az xəbər verir ki, əraziyə artıq 10 gündür ki, su verilmir.

Sakinlərdən biri uzun müddətdir eyni çətinliklə üzləşdiklərini bildirib:

“Artıq 3-4 ildir ki, yay mövsümündə yalnız gecələr su gəlir. Mən 4-cü mərtəbədə yaşayıram, su qablarını doldurmaq üçün gecə saatlarında oyanmalı oluruq. İndi isə artıq 10 gündür ki, ümumiyyətlə, su yoxdur. Evdə 1-ci qrup əlil xəstə var, onun gündəlik qulluğu üçün su lazımdır. Suyun dərdindən belə qalmışıq. Aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmır. “Qaynar xətt”i yığanda da deyirlər ki, bizdə su problemi var. Qışda problem olmasa da, yayda suyumuz kəsilir”.

Digər bir sakin isə susuzluq səbəbindən gündəlik məişət ehtiyaclarını belə ödəyə bilmədiklərini vurğulayıb:

“Şəkər xəstəsi, II qrup əliləm. İllərdir gecə saat 3-dən 6-dək damcı ilə gələn suyu yığmağa çalışıram. Evdə 3 yaşında körpə var, lakin təmiz su tapmadığımız üçün hətta yemək bişirməyə qab yoxdur. Susuzluğun əlindən şəhərə gedirik. Vəziyyətimiz acınacaqlıdır. Hara zəng vururuq, üzümüzə “odboy” verirlər”.

Problemin hər il təkrarlandığını qeyd edən başqa bir sakin isə müraciətlərinin nəticəsiz qaldığını söyləyib:

“Mən 5 ilə yaxındır burada yaşayıram və hər yay eyni problem təkrarlanır. Keçən yay bu məsələ ilə bağlı deputatlardan birinə zəng etdim, onun cavabı isə bu oldu ki, burada su işlərinə baxan adam həyasızdır, ona söz demək olmur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə isə ümumiyyətlə, düşmək mümkün deyil”.

Daha ətraflı “Baku TV”nin reportajında:

reportajında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt