Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ə yaxınlaşır – Yenilənib-Video

XƏBƏR XƏTTİ
Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Cəlilabadda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Prezident onları təltif etdi•Manaf Ağayevə ağır itki•Leysan olacaq – Sabahın havası•İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Cəlilabadda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Prezident onları təltif etdi•Manaf Ağayevə ağır itki•Leysan olacaq – Sabahın havası•İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb•

Kolumbiyanın Çoko departamentində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində 13 nəfər həlak olub.

“Qafqazinfo” “El Espectador” nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Yeraltı təkanların episentri San-Xose-del-Palmar bələdiyyəsində qeydə alınıb. Zəlzələ ölkənin paytaxtı Boqota ilə yanaşı, Pereyra və Manisales şəhərlərində də güclü hiss olunub. Sakinlər kütləvi şəkildə binaları tərk edərək küçələrə axışışblar.

Çoko Fövqəladə Halların İdarə Olunması Agentliyinin son məlumatına görə, azı 10 nəfər yaralanıb, 3 nəfər isə itkin düşmüş hesab olunur. Departamentin mərkəzi Kibdo şəhərində bir neçə yaşayış evi və tikili çöküb, infrastruktura ciddi ziyan dəyib.

Fəlakətdən ən çox zərər çəkən ərazilərdən biri də Kali şəhəridir. Şəhər meri Aleksandro Eder 19 binanın ciddi zədələndiyini və dağıntılar altında insanların qaldığını açıqlayıb:

“Boqota və Medelyindən xilasedicilərin köməyini xahiş etmişəm. Ən azı 19 bina çöküb, dağıntılar altında insanlar var. Bütün xilasetmə qrupları döyüş hazırliğı vəziyyətinə gətirilib”.

Bundan əlavə, təbii fəlakət nəticəsində magistral yollarda güclü torpaq sürüşmələri baş verib. Fresno – Manisales şosesi tamamilə bağlanıb.

***

Zəlzələ nəticəsində ölənlərin sayının 30-u ötdüyü bildirilir.

Bu barədə Pereyra şəhərinin meri Maurisio Salasar “Caracol” radiostansiyasının efirində bildirib.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

***

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt