Azərbaycan-Slovakiya əlaqələri inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır.

Azərbaycan ilə Slovakiya arasında strateji əməkdaşlıq potensialı böyükdür. İndi əsas vəzifə bu potensialı hərəkətə gətirmək, bu sahədə nəzərəçarpan uğurlar əldə etməkdir. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız bu imkanlardan maksimum yararlana biləcək. Dövlətimizin başçısının Slovakiyaya səfəri əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr verəcək.

İşgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət olmuşdur. Bütün məsələlərdə ümumi anlayış vardır. Nəzərə almaq lazımdır ki, xüsusilə enerji və nəqliyyat sahələrində Azərbaycan ən vacib layihələrin təşəbbüskarı, eyni zamanda əsas iştirakçılarından biridir. Təbii ki, bu da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırasını davamlı olaraq genişləndirməkdədir.

Hazırda Azərbaycanın Avropaya ixrac edəcəyi təbii qazın həcminin artırılması aktuallıq kəsb edən məsələdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiyaya səfəri bütövlükdə Azərbaycanın gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin göstəricisidir. Həmçinin iki ölkə arasında bir sıra mühüm sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq sistemi qurmaq mümkün olub. Bu gün Avropanın Azərbaycan karbohidrogen ehtiyatlarına çox böyük ehtiyacı var. Lakin daha çoxvektorlu əməkdaşlıq qurmaq potensialı mövcuddur. Bu da Azərbaycanla tərəfdaş olan ölkələrin diqqətindən yayınmır. Bu baxımdan Slovakiya Prezidentinin səfəri  bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq. Düşünürəm ki, xüsusən də hazırkı şərtlər daxilində bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün çox əhəmiyyətlidir.

 

  Varid Əsgərov,                                                                                              

   Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai- 

   siyasi məsələlər  şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun  

   müdiri  

 

👁 3 baxış