Qalib xalqın qalib ordusu

Silahlı Qüvvələr Günündə ürəyimiz sözlə doludur.  Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs haqq işini layiqincə yerinə yetirdi, Vətən torpaqlarını işğaldan azad etdi, tarixi ədalət və beynəlxalq hüququ bərpa etdi, regionda tamamilə yeni mənzərə, yeni reallıq yaratdı. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, onun başını əzdi. Biz bunu müharibə zamanı haqq işimizi qoruyan dövlətlərin timsalında gördük. Birinci Qarabağ müharibəsi zamanı ərazi işğalına məruz qalan Azərbaycan, eyni zamanda, bir çox dövlətlərin və bəzi təşkilatların qərəzli münasibəti ilə üz-üzə qalırdı. İkinci Qarabağ müharibəsi zamanı da belə cəhdlər olsa da, güclü Azərbaycan dövləti və onun rəhbəri bütün təzyiqlərin qarşını aldı, ədalətli mövqeyimiz hər kəs tərəfindən qəbul edildi”.

Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, eyni zamanda, bundan sonrakı dövrdə Ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini bildirdi. “Ordu hər bir dövlətin təhlükəsizliyinin təminatçısıdır. Düşünürəm ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır. Yəqin ki, onlar bundan düzgün nəticə çıxaracaqlar.

Rafiq Ağayev,

YAP Cəlilabad Rayon Təşkilatının sədr müavini

 

                                                                                     

 

👁 4 baxış