
Azərbaycanda ekoloji təhlükəsizliyin təmini və tullantı idarəçiliyi sahəsində tamamilə yeni mərhələ başlayır. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Nazirlər Kabinetinə “Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027-2030-cu illər üçün Milli Strategiya” layihəsinin hazırlanması üçün beş ay vaxt verilməsi mövcud sistemdə köklü islahatların anonsudur. Bəs qəbul ediləcək yeni strategiyada konkret olaraq nələr əksini tapmalıdır? Hazırda Azərbaycanda tullantı idarəçiliyini ləngidən əsas problem nədir və xüsusilə regionlarda, su hövzələrində ən böyük ekoloji riski hansı tullantılar formalaşdırır?
Mənbə: oxu.az
👁 3 baxış
