Qardaşlıq telləri qırılmazdır

XƏBƏR XƏTTİ
Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür•44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür – VİDEO•Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı – VİDEO•Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər•Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi•Qələbə xəbərini xəstəxanada eşidən cəlilabadlı qazi: “Gecə həkim oyatdı ki, qələbə qazanmışıq” – VİDEO•Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO•Azərbaycan Türkiyəyə başsağlığı verdi•Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür•44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür – VİDEO•Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı – VİDEO•Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər•Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi•Qələbə xəbərini xəstəxanada eşidən cəlilabadlı qazi: “Gecə həkim oyatdı ki, qələbə qazanmışıq” – VİDEO•Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO•Azərbaycan Türkiyəyə başsağlığı verdi•

Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər ortaq dəyərlərə, sıx bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların düşməndən azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir nümayəndəsi tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir.

2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması bu sırada mühüm addım oldu. Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer almışdır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərir.

Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq genişlənir.

Cahangir Muradov,

Əməkdar mədəniyyət işçisi

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt